Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:57

Putin ilhaq olunmuş ərazilərdə ‘sabitləşmə’ gözləyir


Zaporojyeyə zərbələrdən sonra yanğınlar
Zaporojyeyə zərbələrdən sonra yanğınlar

Rosenergoatom nüvə enerjisi operatoru bildirib ki, ukraynalı işçilər Rusiyaya məxsus yeni təşkilata transfer ediləcək

Ukrayna qüvvələri ölkənin cənubunda və şərqində irəliləyərək Moskvanın işğal etdiyi əraziləri geri qaytarır. Rusiya Prezidenti Vladimir Putin isə ötən həftə ilhaqı elan olunmuş dörd vilayətdə “sabitləşmə” gözlədiyini deyib.

Putin həmçinin hökumətə Rusiyanın işğalı altında olan Zaporojye nüvə zavodunu tam nəzarətə götürmək göstərişi verib. Bu səbəbdən Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi Ukrayna hakimiyyətilə məsləhətləşmələr üçün Kiyevə yola düşüb.

Cinayət başındaykən 'Şərəf' ordeni alan məmurlar...
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

3 yaşayış məntəqəsi “azad edilib”

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə çıxışında deyib ki, Xerson şəhərindən şimal-şərqdə yerləşən Novovoskresenske, Novohrihorivka və Petropavlivka yaşayış məntəqələri “azad edilib”.

Xerson Kremlin ilhaq etdiyi dörd vilayətdən birinin paytaxtıdır. Digər 3 vilayət Donetsk, Luhansk və Zaporojyedir.

Zaporojyenin ukraynalı qubernatoru Oleksandr Starux oktyabrın 6-da səhər deyib ki, ötən gecə Rusiya qüvvələrinin açdığı atəşdən iki nəfər həlak olub, bir neçə yaşayış binasına ziyan dəyib, yaxud dağılıb, genişmiqyaslı yanğınlar baş verib.

Luhansk, Xerson

Ukrayna qüvvələri Moskvanın fevralın sonunda işğala başlayandan demək olar, tam nəzarətə aldığı şərqi Luhansk vilayətində də qələbələr qazandığını bildirir.

Vilayətin ukraynalı qubernatoru Sergey Qayday Luhanskda altı yaşayış məntəqəsinin azad olunduğunu söyləyib. O, həmin məntəqələrin adlarını çəkməyib, bunu Rusiyanın yenidən hücum edə biləcəyi ilə əsaslandırıb.

Britaniyanın müdafiə Nazirliyi oktyabrın 6-da bülletenində Ukraynanın Xersonda irəlilədiyini təsdiqləyib.

“Cənubda irəliləyən Ukrayna bölmələri cəbhə xəttini daha 20 km irəli çəkiblər”, – bülletendə deyilir.

Putinin gözləntisi

Putin də tutulmuş ərazilərdə nəzarətin bərpasında çətinlikləri dolayısı ilə etiraf edib, vəziyyətin “sabitləşəcəyinə” ümidini bildirib.

“Yeni ərazilərdə vəziyyətin sabitləşməəsi üzərində işləyirik”, – Putin oktyabrın 5-də müəllimlərə videomüraciətində deyib.

O həmçinin Zaporojye AES-ə tam nəzarətin ələ alınması göstərişi verib. Kiyev bu addımı dərhal rədd edib.

“Zaporojye AES Rusiya Federasiyasının ərazisindədir və bizim müvafiq agentliklərimizin nəzarəti altında işləməlidir”, – RIA xəbər agentliyi Xarici işlər nazirinin müavini Sergey Verşininə istinadla yazıb.

İşçilər yeni təşkilata köçürüləcək

Rusiya qüvvələrinin martdan tutduğu AES ukraynalı mühəndislər tərəfindən idarə olunur.

Rosenergoatom nüvə enerjisi operatoru bildirib ki, ukraynalı işçilər Rusiyaya məxsus yeni təşkilata transfer ediləcək.

Ukraynanın Enerhoatom nüvə enerjisi şirkəti isə Putinin sərəncamını və Zaporojye AES-lə bağlı Rusiyanın digər sənədlərini “dəyərsiz, absurd, qeyri-adekvat” adlandırıb.

Oktyabrın 5-də qatarla Kiyevə yola düşdüyünü deyən Qrossi həftənin sonunda Moskvaya gedəcəyini söyləyib. Onun sözlərinə görə, indi zavod ətrafında təhlükəsiz zona yaradılması üzrə danışıqlar hər şeydən mühümdür.

XS
SM
MD
LG