Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Azərbaycan üzrə məruzəçi təyin edilib


AŞPA-nın sessiyası (Arxiv fotosu)
AŞPA-nın sessiyası (Arxiv fotosu)

AŞPA Hüquq məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidləri araşdırmaq və hesabat hazırlamaq üçün məruzəçi təyin edib

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib.

Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli məruzəçi təyin edib.

Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-nın bir qrup deputatı yay sessiyasında qətnamə layihəsinin hazırlanmasına çağırmışdılar.

Deputat Hanna Bardell növbəti iki il ərzində bu məsələni araşdıraraq AŞPA üçün ətraflı hesabat hazırlamalıdır.

Oktyabrın 10-da Strasburqda AŞPA-nın payız sessiyası başlayıb.

Xatırlatma

2001-ci ildən Azərbaycan AŞPA-nın üzvüdür. Azərbaycan AŞPA-ya üzv olarkən insan hüquqları və başqa bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

20 ildən çox vaxt keçsə də, ölkə hələ də qurumun monitorinqi altındadır.

XS
SM
MD
LG