Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

Gürcüstan rusiyalılar üçün sərbəst viza rejimini dəyişə bilər


Gürcüstan prezidenti Salome Zurabişvili moldovalı həmkarı Mayya Sandu ilə Kişinyovda görüşüb
Gürcüstan prezidenti Salome Zurabişvili moldovalı həmkarı Mayya Sandu ilə Kişinyovda görüşüb

Bu, ölkəyə Rusiyanın Ukrayna müharibəsi üçün elan etdiyi səfərbərlikdən qaçan rusiyalılarının misli görünməmiş axınının qarşısını almaq üçün lazımdır

Gürcüstan prezidenti Salome Zurabişvili deyib ki, onun ölkəsi Rusiya vətəndaşları üçün “liberal” viza rejimini dəyişə bilər.

Prezidentin sözlərinə görə bu, ölkəyə Rusiyanın Ukrayna müharibəsi üçün elan etdiyi səfərbərlikdən qaçan rusiyalılarının misli görünməmiş axınının qarşısını almaq üçün lazımdır.

Oktyabrın 17-də Moldova paytaxtı Kişinyovda prezident Mayya Sandu ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Zurabişvili deyib ki, ölkəyə bu qədər rusyalı axını problemlər yaradır:

"Mən buna təhlükə deməzdim, amma bu bir çətinlikdir...Mən bunu da istisna etmirəm ki, biz Rusiya vətəndaşları üçün mövcud viza qaydalarını dəyişə bilərik. Bu rejim liberaldır və Rusiyanın Ukraynadakı təcavüzünə uyğun deyil. Bu məsələ ilə bağlı qərarı bizim hökumətimiz və cəmiyyətimiz qəbul etməlidir”.

Avropaya doğru birlikdə

Zurabişvili Gürcüstana gələn rusiyalılardan viza tələb olunub-olunmayacağı barədə heç nə deməyib.

Hazırkı qaydalara görə rusiyalılar Gürcüstanda heç bir viza olmadan 365 günədək yaşaya bilərlər.

Beləliklə onlar bu müddət bitməyə az qalmış başqa bir ölkəyə keçə və yenidən daha bir 365 gün üçün Gürcüstana qayıda bilərlər.

Məktəblərdə qanunsuz pul yığımını necə önləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Gürcüstanın hökumət rəsmiləri dəfələrlə bildiriblər ki, Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi planlaşdırılmır.

Bu görüşdən sonra Sandu yazdığı tvitdə qeyd edir ki, Moldova və Gürcüstan arasında əməkdaşlıq daha da sıxlaşacaq və iki ölkə Aİ-yə inteqrasiya yolunda birgə addımlayacaq.

Zurabişvilki isə deyib ki, “Moldova və Gürcüstan Avropaya məxsus ölkələrdir və bizim bu yolda əməkdaşlığımız ölkələrimizi daha da güclü edəcək”.

XS
SM
MD
LG