Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

'Qanunun məzmunu o qədər dolaşdı, mürtəceləşdi ki…'


Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?

Oktyabrın 14-də Media Reyestri fəaliyyətə başlayıb. Media Reyestrində qeydiyyatdan keçməmiş kütləvi informasiya vasitələrinin (KİV) məhkəməyə veriləcəyi gözlənir.

Medianın İnkişafı Agentliyinin (MEDİA) kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva bildirib ki, reyestrdə qeydiyyatın olmaması jurnalistləri məhdudlaşdırmır. Lakin S.Həsənli əlavə edib ki, altı aya qeydiyyat üçün Reyestrə müraciət etməyən KİV-lərin aqibətinə MEDİA-nın təqdimatı əsasında məhkəmədə baxılacaq.

"Məhkəmə qaydasında mübahisələndirilir"

Bu məsələ ilə bağlı "Turan"ın sorğusuna cavab verən S.Həsənli deyib ki, "Media haqqında" Qanunun 78.3-cü maddəsinə əsasən, qanunun qəbuluna qədər artıq fəaliyyət göstərən çap və onlayn media subyektləri reyestrlə bağlı MEDİA-ya müraciət etməlidirlər: "MEDİA-ya rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatların doğru olmadığı aşkarlandıqda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi məhkəmə qaydasında mübahisələndirilir".

Belə olan halda bəzi KİV-ləri hər hansı təhlükə gözləyirmi?

Ə.Məmmədli
Ə.Məmmədli

"Azərbaycan Konstitusiyasının 149-cu maddəsi…"

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli AzadlıqRadiosuna deyib ki, televiziyaları Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərir: "Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndi deyir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir".

Onun sözlərinə görə, onlayn media hər hansı bir qeydiyyatdan keçməyib: "Bu baxımından qanunvericiliyə görə, bu qanun qeydiyyat aspektindən yalnız bundan sonra formalaşan qurumlar üçün keçərli ola bilər. Digər aspektlərdən, məsələn, informasiya agentlikləri, televiziya və radio, yaxud da çap mediaları üçün qeydiyyat qaydaları öncədən də var idi. Ona görə də onlar təkrar qeydiyyatdan keçə bilərlər…".

Azərbaycanın "oxunmayan" qazetləri
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

"Medianın tənzimlənməsi yox, məhdudlaşdırılması..."

Meydan TV-nin rəhbəri Həbib Müntəzir isə AzadlıqRadiosuna bildirib ki, qurum Azərbaycanda qeydiyyatda olmadığı və xarici media sayıldığı üçün reyestrdə qeydiyyatdan keçmək fikirləri yoxdur: "Mənim bildiyim qədər, qanunda da belə bir şey yoxdur. O baxımdan bu cür açıqlamaları mətbuat və ifadə azadlığına basqı, medianın tənzimlənməsi yox, məhdudlaşdırılması və təhdid altına alınması kimi qiymətləndirirəm".

"Bəyan edirdilər ki, bu, məcburi deyil"

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə AzadlıqRadiosuna deyib ki, "Media haqqında" Qanunda hansı zamanda media qeydiyyatdan keçməlidir, keçmədiyi halda, nə ola bilir kimi məsələlərlə bağlı heç bir müddəa yoxdur: "Ümumiyyətlə, onlar bəyan edirdilər ki, bu, məcburi deyil. Düzdür, qurumun rəsmiləri bu könüllük məsələsini yalnız fərdi qaydada çalışan jurnalistlər üçün demişdilər. Amma KİV-lərlə bağlı qəsdən bunun məcburi olub-olmadığını göstərməyiblər, şifahi da bunu bildirmirdilər".

M.Əliyev
M.Əliyev

Agentliyin rəhbəri vurğulayıb ki, MEDİA-nın açıqlaması heç nəyə aydınlıq gətirməyib: "Qanunda göstərilir ki, Reyestrin təşkili, işlənməsi vəzifəsi müvafiq orqan tərəfindən xüsusi qaydalarla müəyyənləşir. Media İnkişaf Agentliyinin tərtib etdiyi qaydalar prezident tərəfindən təsdiq olunub. O qaydalarda da həmin o mütləq qeydiyyatla, məhkəməyə verilməsi və medianın işinə xitam verilməsi ilə bağlı heç nə yoxdur".

Hüquqşünas: "Qeyri-müəyyənlik var"

Media məsələləri üzrə ekspert Xalid Ağalıyev da hesab edir ki, son 10 gün ərzində Media İnkişaf Agentliyindən səsləndirilən fikirlərə baxdıqca orada bir-birinə uyğun gəlməyən açıqlamalar var: "Bir tərəfdən, Reyestrə daxil olmayan mediaların fəaliyyətinə hər hansı müdaxilə olmayacağı, sərbəst sorğu verib cavab almağa imkan olacağı ifadə olunur. O biri tərəfdən, başqa rəsmisi deyir ki, Reyestr üçün müraciət etməyənlər məhkəməyə veriləcək. Bu onu göstərir ki, həmin qurumda qanunun necə tətbiq olunacağı ilə bağlı qeyri-müəyyənlik var".

X.Ağalıyev
X.Ağalıyev

Ekspertin sözlərinə görə, belə ziddiyyətli açıqlamalar normaldır. "Çünki elə bir qanun qəbul edilib ki, qanunun məzmunu o qədər dolaşdı, o qədər mürtəceləşdi ki, oradan aydın nəticələr çıxarmaq çox çətindir".

Xatırlatma

Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu bu ilin əvvəlində imzalayıb.

Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.

XS
SM
MD
LG