Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Prezident: 'Müxtəlif ölkələrdə yaşayan qardaşlarımızı dəstəkləyəcəyik'


Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq

“Dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik”. AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev ilə görüşdə deyib.

Onun vurğulamasına görə, “təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur”.

Prezident əlavə edib ki, onların təhlükəsizliyi, hüquqları, salamatlığı çox böyük əhəmiyyət kəsb edir:

“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik.”

“Mənə dedilər sülh məsələsinə qarışma, o, İ.Əliyevin monopoliyasındadı”
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

İrana işarə?

Azərbaycan əsilli insanların daha çox İranda yaşadıqları bildirilir. İndi prezidentin bu fikirlərini sosial şəbəkələrdə İrana yönəlik dəyərləndirənlər də var.

Son aylar İranın müxtəlif bölgələrində, o cümlədən azərbaycanlıların sıx yaşadığı Təbrizdə etirazlar baş verir.

İranda insan haqlarını monitorinq edən qurumların məlumarına görə, etirazçılara divan tutulması nəticəsində azı 28 uşaq, ümumilikdə isə, azı 215 nəfər öldürülüb.

Etirazlara səbəb kimi sentyabrın 13-də hicab qaydasını pozduğuna görə, Tehranda əxlaq polisinin həbs etdiyi Məhsa Əmininin ölümü göstərilir. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb.

İranda hicab islam inqilabından (1979) sonra qadınlar üçün məcburi geyim kodeksi elan edilib.

Avropa İttifaqı oktyabrın 17-də etirazlarçılara divan tutulmasını pisləyib, İranın informasiya nazirinə və başqa bəzi şəxslərə sanksiyaları açıqlayıb.

Hərbi təlim

Oktyabrın 17-də İran Silahlı Qüvvələrinin, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Quru Qoşunlarının bu ölkənin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz çayı bölgəsində hərbi təlimi başlayıb. Təlim, əsasən, Azərbaycan-İran sərhədi boyunca olan ərazini əhatə edir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bildirib ki, dostluq və qardaşlıq münasibəti nəzərə alınaraq, təlimə başlamazdan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

Amma bununla belə Azərbaycanda bu təlim tənqidlərlə qarşılanıb.

Bu gün, oktyabrın 21-də keçirilən Milli Məclisin iclasında bəzi deputatlar da təlimlə bağlı narazılıqlarını gizlətməyiblər.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, “İrana yer qəhətdir, gəlib 5 metrlik Araz sahilində təlim keçirir”:

“Araz çayını velosipedlə də keçmək olar. Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir əsas yoxdur.”

Azərbaycanda İrana bağlı təşkilatlar

Azərbaycan müstəqillik qazanandan (1991-ci il) sonra paytaxt Bakıda İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı bir çox təşkilatlar yaradılmışdı.

Onların bir çoxunda İranda doğulan, sonra mühacirət edən azərbaycanlılar yaxından iştirak edirdilər. Amma sonradan həmin təşkilatlar fəaliyyətlərini dayandırmalı oldular.

Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb. Ona Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan daxildir.

XS
SM
MD
LG