Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:36

Türkiyədə 'bir millət ki, qarnını çörəklə doydurur' deyəni həbs etdilər


​​​​​​​Türkiyədə çörəkçilər ittifaqının başçısı “milləti təhqirə” görə həbs olunub

Türkiyədə noyabrın 9-da çörəkçilər ittifaqının başçısı “Türkiyə millətini təhqir etdiyinə” görə həbs olunub.

Bu barədə məlumatı Türkiyə mediasına istinadən Reuters agentliyi yayıb.

Türkiyə Çörək İstehsalçıları İttifaqının sədri Cihan Kolivar deyib ki, cəmiyyətin “bu axmaq çörək tamarzılığı” onun niyə Recep Tayyip Ərdoğan hökumətinə iki onillikdir səs verməsini yaxşı izah edir.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Kolivar bu sözləri noyabrın 8-də HaberTürk telekanalına müsahibəsində, ölkədə çörəyin kəskin bahalaşmasından və yüksək inflyasiyadan danışarkən demişdi:

"Çörək yalnız axmaq cəmiyyətlərdə əsas ərzaqdır. Mən elmi əsasla danışıram, bunu özümdən uydurmuram. Türkiyədə adambaşına çörək istehlakı ildə 210 kiloqram, İsveç, Norveç, Danimarka, İngiltərə və Yaponiyada isə 45-50 kiloqramdır. Bizim cəmiyyət qarnını çörəklə doydurduğuna görə belə rəhbərlər 20 ildir ki, hökm sürür”.

İstanbul məhkəməsi Kolivarın məhkəməyədək həbs olunması barədə qərar çıxarıb.

Hakim partiya həbsi təqdir edir

İnsan haqları qrupları və Ankaranın Qərb müttəfiqləri Türkiyəni ifadə azadlığını məhdudlışdırmaqda ittiham edirlər.

Tənqidçilər deyirlər ki, Türkiyənin hazırkı iqtisadi çətinliklərinə səbəb Ərdoğanın qeyri-adi maliyyə siyasətidir.

Lakin hökumət bu tənqidləri rədd edərək bildirir ki, sözü gedən maliyyə siyasətindən məqsəd ixracı, investisiyaları və iş yerlərini artırmaqdır.

Oktyabr ayında Türkiyədə inflyasiya 85.5 faizə çatıb.

Bu, son 24 ildə ən yüksək illik inflyasiya rəqəmidir. İnflyasiya ötən il Mərkəzi Bankın Ərdoğanın göstərişi ilə uçot dərəcəsini vaxtaşırı ixtisar etməsindən başlanıb.

Milli valyuta - lirənin dəyəri kəskin düşüb.

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik deyib ki, Kolivarın çıxışı “nifrətin qızışdırılması” deməkdir və cinayət əməli hesab olunur:

"O təkcə millətimizi və çörəyi təhqir etməyib. Onun özü düşmənçilik siyasətinin, nifrət siyasətinin bir ünsürüdür”.

XS
SM
MD
LG