Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Rusiya Ukraynaya raket yağdırır və...bir az da geri çəkilir


Kiyev, 15 noyabr
Kiyev, 15 noyabr

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Kiyev üzərində Rusiyanın dörd raketini vurub

Rusiya noyabrın 15-də Ukraynanın ən azı 17 vilayətinə raket zərbələri endirib.

İlk növbədə həyati infrastrukturun hədəfləndiyi xəbər verilir. Ukrayna elektrik enerjisi şəbəkəsini böyük ərazilərdə söndürüb.

Ukraynanın hava hücumundan müdafiə qüvvələri Kiyev üzərində Rusiyanın dörd raketini vurub.

Kiyevin mərkəzindəki Peçora rayonunda iki yaşayış binasına ziyan dəyib. Şəhər əhalisinin yarısı elektriksiz qalıb. Bir nəfərin həlak olduğu xəbər verilir.

Lvov şəhərinin meri Andrey Sadovıy deyib ki, şəhərdə partlayış səsləri eşidilir, evlərin bir hissəsi elektriksiz qalıb.

Xarkov şəhərində obyektlərə zərbələr endirildiyi xəbər verilir. Xəbərlərdə deyilir ki, Volınsk, Vinnitsa, Dnepropetrovsk, Jitomir, Odessa, Kirovoqrad, Poltava, Roven və Xmelnitski vilayətləri raket atəşinə tutulub.

Xarkovda metro və yerüstü ictimai nəqliyyat dayandırılıb. Odessada, Rovnoda, Koveldə, Xmelnitsk və Jitomirdə bəzi rayonlar elektriksiz qalıb.

Rusiyanın raket zərbələrini üç dalğa ilə endirdiyi bildirilir.

“Ölkənin enerji sistemi yaralıdır, amma...”

Bu hücumu Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak şərh edib.

O deyib ki, Moskva bu hərəkəti ilə ödəyəcəyi təzminatın məbləğini artırıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin verdiyi məlumata görə Rusiya tammiqyaslı müharibənin 8 ayı ərazində Ukraynaya 4.5 min raket atıb.

ABŞ-dan reaksiya

Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan diqqəti belə bir məqama çəkib ki, Rusiyanın Kiyev və başqa şəhərlərə raket zərbələri İndoneziyanın Bali şəhərində G20 sammitinin keçirildiyi vaxta təsadüf edib.

Sallivan deyib ki, “Rusiya yenidən insan həyatlarını təhdid edir və Ukraynanın həyati infrastrukturunu dağıdır”:

"Rusiyanın zərbələri G20 üzvləri arasında Putin müharibəsinin sabitsizləşdirici təsirlərindən olan narahatlığın yalnız dərinləşməsinə xidmət edəcək”.

Krım körpüsündəki partlayışdan və Rusiya buna görə Kiyevi ittiham etdikdən sonra Rusiya Ukraynanın enerji sistemi obyektlərinə qarşı raket zərbələrinə başlayıb.

Ukrenerqo idarə heyətinin üzvü Aleksey Brext noyabrın 10-da demişdi ki, “ölkənin enerji sistemi yaralanıb, lakin sürtələ özünə gəlir”.

Tatoyan: 'Azərbaycan Cermuxun ətrafına yol çəkib'
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Nova Kaxovkadan də təxliyə var

Reuters agentliyinin Ukraynadakı müxbirləri vurğulayırlar ki, Rusiyanın Ukraynaya raket yağdırmasından əvvəl Moskva qüvvələri Xerson şəhərini tərk etməyə məcbur olmuşdu.

Rusiya bildirmişdi ki, bundan sonra onun qoşunları Dnepr çayının sol sahilində müdafiəsi daha asan olan yeni mövqelər quracaq.

Lakin Reuters müxbiri baxdığı videoya istinadla bildirir ki, Xersonla üzbəüz çayın sol sahilindəki Oleşki şəhərindəki Rusiya səngərləri də boşaldılıb.

Bu ərazidən şərqdə Rusiyanın işğal administrasiyaları bildirmişdilər ki, Nova Kaxovkadakı hökumət qulluqçularının evakuasiyasına başlanıb.

Rusiya qüvvələri Dneprin sol sahilindən də geri çəkilir

Ukrayna hərbiyyəsinin sözçüsü Natalya Humenyukun sözlərinə görə Rusiya yeni mövqeləri Dneprin sol sahilindən 15-20 kilometr arxada qurur.

Onun sözlərinə görə məqsəd bu qüvvələri Ukraynanın artilleriya zərbələrindən qorumaqdır:

"Dnepr çayının sol sahilində düşmənin müəyyən tərpənişi hiss olunur. Onlar mövqelərini çay sahilindən 15-20 kilometr cənuba çəkirlər. Həmin mövqelərdən Xersona zərbələr endirmək mümkündür, amma bizim də cavab vermək üçün imkanlarımız var”.

Ukrayna prezidneti Volodimir Zelenski Böyük iyirmilərin G20 qrupunun İndoneziyada keçirilən sammitinə videomüraciətində demişdi:

"Biz Rusiyaya geri çəkilib orda səngərlənmmək, qoşun toplamaq və yeni terror aktları və qlobal dağıntılar hazırlamaq imkanı verməyəcəyik”.

Zelenskinin çıxışının qisası

Andrey Yermak isə deyib ki, Rusiya Zelenskinin bu güclü nitqinə noyabrın 15-də raket “yağışı” ilə cavab verib.

Reuters-in cəbhə bölgəsində olan müxbiri bildirir ki, Oleşki şəhərindən Krıma iki saatlıq yoldur və bu yolun üstündə Rusiya qoşunlarına rast gəlinmir.

Yol boyunca qazılmış bunkerlərin də boş qaldığı görünür.

Bu videonun həmin məntəqədə çəkildiyini Reuters ekspertləri təsdiqləyiblər.

Reuters yazır ki, Ukrayna qoşunlarının Dnepr çayını keçdiyinə dair təsdiq olunmuş məlumatlar olmasa da, Ukraynanın “əməliyyat fasiləsi” fazasına keçəcəyinin əlamətləri də görünmür.

Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Filip İnqram Reuters agentliyinə deyib:

"Təşəbbüs və məqam ukraynalıların əlindədir və onlar ruslara növbəti döyüşün nə vaxt və harda olacağını diqtə edirlər”.

XS
SM
MD
LG