Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Putin Qazaxıstan və Özbəkistana ‘qaz ittifaqı’ təklif edir


Qazaxıstan prezidenti Kasım-Jomart Tokyaev (solda) və Vladimir Putin
Qazaxıstan prezidenti Kasım-Jomart Tokyaev (solda) və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana və Özbəkistana, ölkələri arasında və Çin də daxil başqa ölkələrə təbii qazın nəqli mexanizminin tənzimlənməsi üçün “qaz ittifaqı” yaradılmasını təklif edib.

Bundan bir gün əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokyaev bu məsələni Moskvada prezident Vladimir Putinlə müzakirə etdiyini demişdi.

Noyabrın 29-da Kremlin sözçüsü Dmitri Peskov təsdiq edib ki, məsələ üç ölkə arasında müzakirə olunur və burada “müəyyən sinxronlaşdırmaya” ehtiyac var.

Qazaxıstan “hüquqi əsasdan” danışır

Peskov bildirib ki, Putinin təklifi birinci mərhələdə “koordinasiya mexanizminin” yaradılmasını nəzərdə tutur:

"İnfrastrukturun xarici bazarlara uyğun inkişaf etdirilməsi məqsədilə ehtimal ki, bu məsələ hüquqi qurumla müzakirə olunmalıdır”.

Tokayevin sözçüsü Ruslan Jeldıbay noyabrın 29-da Facebook səhifəfəsində yazıb ki, Qazaxıstan və Rusiya prezidentləri “Rusiya qazının Qazaxıstan və Özbəkistan ərazisindən nəqli üçün hərəkətlərin koordinasiyası məsələsini” müzakirə ediblər:

"Prezidentlər Kasım-Jomart Tokayev və Vladimir Putin deyiblər ki, bu məsələnin bütün tərəflərin maraqlarını nəzərə alan rasional həllinin tapılması üçün ekspertlərin iştirakilə detallı müzakirələrə ehtiyac var”.

Məsələnin məğzini Peskov açıb

Dmitri Peskov məsələnin mahiyyətinə daha çox aydınlıq gətirib.

O deyib ki, Qazaxıstanın şimal rayonları Rusiya qazından asılıdır və buna görə də Astananın bu regionlara planlaşdırdığı qaz kəmərinin çəkilməsindənsə, Sibirdən Qazaxıstana verilən qazın həcmlərinin artırılması Qazaxıstan üçün daha sərfəlidir.

Onun sözlərinə görə bu halda Qazaxıstan on milyardlarla dollar vəsaitə qənaət etmiş olar.

Rusiya böyük qaz ixracatçısı sayıldığı halda, Qazaxıstan və Özbəkistanın hasil etdikləri qaz onların öz ehtiyaclarını ancaq təmin edə bilir.

Qazaxıstan və Özbəkistan Rusiya ilə ortaq qaz kəmərinə malikdirlər. Türkmənistandan Çinə gedən qaz kəməri də bu ölkələrdən keçir.

Avropa İttifaqı ölkələri Rusiyadan idxal olunan qazın həcmlərini kəskin ixtisar edəndən bəri Rusiya Çinə qaz nəqlinin həcmlərini artırıb.

XS
SM
MD
LG