Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Gürcüstan Rusiya ilə hava yolunu açmağa tələsmir


Gürcüstan hökuməti iki ölkə arasında hava nəqliyyatının bərpasına dair Moskvadan gələn siqnallara ehtiyatla yanaşır.

Rusiya və Gürcüstan arasında aviasiya əlaqəsi prezident Vladimir Putinin fərmanı ilə 2019-cu ilin yayından dayanıb.

Buna səbəb Rusiya Dövlət Duması nümayəndə heyətinin səfəri ilə bağlı Tbilisidə keçirilən etirazlar olmuşdu.

Bundan sonrakı dövrdə bu istiqamətdə aparılan danışıqlar koronavirus pandemiyasına görə təxirə salınıb.

O vaxt Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze dəfələrlə bildirmişdi ki, tərəflər bu məsələyə pandemiyadan sonra qayıdacaqlar.

Bugünlərdə Rusiya XİN-in MDB ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri Denis Qonçar demişdi ki, Moskva Gürcüstanla hava nəqliyyatını müəyyən şərtlərlə bərpa edə bilər.

Bundan əvvəl Rusiya tərəfi bu şərtlərin “antirusiya ritorikasına son qoyulması və rusiyalıların təhlükəsizliyinin təmin olunması” olduğunu bildirirdi.

Kiyevi və Qərbi qıcıqlandırmamaq

Baş nazir İrakli Qaribaşvilinin hökuməti Ukraynada müharibə məsələsinə son dərəcə həssaslıqla yanaşır.

Ukrayna müharibəsi və qismən səfərbərliyə görə Gürcüstana gələn yüz minlərlə rusiyalı isə heç bir problemlə üzləşmir.

Səfir Abaşidze Denis Qonçarın müsahibəsindən sonra TASS agentliyinə demişdi ki, Rusiya ilə hava nəqliyyatının bərpa olunması hazırda Gürcüstan hökumətinin gündəliyində yoxdur.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Turizm sənayesinin inkişaf etdirilməsi Gürcüstanda hakim Gürcü arzusu partiyasının əsas prioritetidir.

Rusiyadan miqrant axını 2022-ci ildə Gürcüstan iqtisadiyyatının inkişafına güclü təkan verib.

Lakin belə görünür ki, Tbilisi hazırda Moskva ilə hava nəqliyyatını bərpa etməklə Kiyevi və Qərbi qıcıqlandırmaq istəmir.

XS
SM
MD
LG