Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Belarus Ukrayna taxılının tranzitinə razılıq verib


Belarus Ukrayna taxılının öz ərazisindən Litva portlarına heç bir ön şərt qoyulmadan daşınmasına razılıq verib.

Bu barədə məlumatı BMT baş katibinin nümayəndəsi Stefan Dyucarrik verib.

Onun verdiyi məlumata görə BMT baş katibi Antonio Quterriş Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviçlə görüşüb:

"Xarici işlər nazirinin müavini baş katibə məlumat verib ki, Belarus heç bir ön şərt qoymadan Ukrayna taxılının ixrac üçün Litva portlarına daşınmasına razılıq verməyə hazırdır”.

Belarusun təmənnası nədir?

Dyucarrik əlavə edib ki, Ambrazeviç bunun müqabilində Belarus gübrəsinin ixracına icazə verilməsinə dair öz hökumətinin sorğusunu təsdiq edib.

Hazırda Belarusdan gübrənin ixracına sanksiyalar qoyulub.

The Wall Street Journal bundan əvvəl mənbələrə istinadən yazırdı ki, Quterriş Rusiya və Belarusdan kalium gübrələrinin ixracına qoyulmuş sanksiyaların yumşaldılmasını təklif edib.

Quterriş bildirib ki, bunun müqabilində Ukrayna taxılının Ukrayna portlarından ixracına imkan yaradıla bilər.

Rusiya XİN o vaxt bu barədə bildirmişdi ki, bunun üçün əvvəlcə Rusiya ixracı üzərindən sanksiyaların qaldırılması məsələsinə baxılmalıdır.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

“Gəlin bu tələyə düşməyək”

Qəzet daha sonra yazırdı ki, ABŞ Belarusun kalium gübrəsinin ixracı üzərindən sanksiyaların müvəqqəti qaldırılması məsələsini nəzərdən keçirir.

Vaşinqton bunun müqabilində Ukrayna taxılının Belarus ərazisi ilə Litva portlarına daşınmasına icazə verilməsini istəyirdi.

Təklifə görə Ukrayna taxılı Belarus ərazisindən dəmir yolu ilə Litvanın Klaypeda portuna daşınmalı idi.

Amma Litva prezidenti Gitenas Nauseda Twitter-də yazmışdı ki, Belarusun Ukrayna taxılının öz ərazisi ilə Litvaya daşınmasına imkan verməsi sanksiyalardan xilas olmaq üçün daha bir cəhddir:

"Ukrayna taxılı artıq Polşa və başqa ölkələrin ərazisi ilə Baltik dənizinin portlarına daşınır. Bu tələdir. Gəlin bu tələyə düşməyək”.

XS
SM
MD
LG