Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Türkiyə: Seçkiyə qədər yüksəliş, sonra resessiya?.. - Qərb mediası  


Türkiyənin ixrac satışı ötən il rekord həddə çatıb. Financial Times qəzeti yazır ki, buna səbəb ucuz lirənin Türkiyə mallarının xaricdəki rəqabətliliyini artırması və Rusiya ilə yaxın iqtisadi əlaqələrdir.

2022-ci ildə Türkiyənin ixracatı dəyər etibarilə 13 faiz artaraq 254 milyard dollara çatıb.

Prezident Recep Tayyib Ərdoğan bu məlumatı yanvarın 2-də televiziya ilə çıxışında verib:

“Dünyanın ciddi siyasi və iqtisadi problemlərlə çarpışdığı bir vaxtda, investisya axınının fasiləsizliyini, iş yerlərinin və ixracın artmasını təmin etmək asan olmayıb. Bunlar göstərir ki, Türkiyə daha böhranların əzdiyi ölkə yox, böhranları idarə edən ölkədir”.

Məqalədə deyilir ki, Türkiyə Moskva üzərinə qoyulmuş Qərb sanksiyalarına baxmayaraq daha çox Rusiya ilə ticarət edib. Təkcə dekabrda Rusiyaya ixrac iki dəfə artaraq 1.31 milyard dollar təşkil edib.

Ankara daha balanslı siyasət yürütməsini və Ukrayna müharibəsində vasitəçiliyini əsas gətirərək Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Ərdoğan Ukrayna taxılının Qara dəniz üzərindən ixracına yol açan razılaşmanın əldə olunmasında aparıcı rol oynayıb.

“Ərdoğan üçün yaxşı xəbər”

FT yazır ki, ixracatın yüksəlməsi iyun seçkisi ərəfəsində Türkiyə prezidenti üçün yaxşı xəbərdir.

Bundan əvvəl yaşayışın bahalaşması Ərdoğan partiyasının populyarlığına ciddi əngəl olmuşdu. İnflyasiya aylarla 80 faizdən yuxarı idi. Bunların bir çoxuna səbəb elə Ərdoğanın özünün apardığı qeyri-standart maliyyə siyasəti idi. O Mərkəzi Bankı uçot dərəcəsini 9 faizədək ixtisara məcbur etməklə lirənin 30 faiz dəyər itirməsinə səbəb olmuşdu.

Çayxanası sökülən Naxçıvan sakini: 'Yalandır, heç nə dəyişməyib'
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Lirənin zəifliyi 2022-ci ildə Türkiyənin ticarət kəsirini 110.2 milyard dollara çatdırıb. Beləki ötən il ərzində idxalın dəyəri 34 faiz artaraq 364 milyard dollara yüksəlib. Türkiyə neft və başqa enerji daşıyıcılarının böyük alıcılarından biridir.

Brent markasından olan neftin qiyməti 2022-ci il ərzində orta hesabla 10 faiz arataq bir barrel üçün 85 dollar civarında oturuşub.

Son günlərdə Ərdoğan bir sıra stimullaşdırıcı addımlar atıb. Milyonlartla işçinin pensiya yaşını aşağı salıb. Minimum əmək haqqını iki dəfə artıraraq ayda 8.500 lirəyə və ya 455 dollara çatdırıb.

Xankəndi sakini: 'Mağazalarda yalnız çörək və spirtli içkilər qalıb, kartof da tapılmır'
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

JPMorgan bankı bildirir ki, bütün bunlar bu ilin birinci rübündə iqtisadi fəallığı artıracaq.

Amma bankın rəyinə görə hökumətin qeyri-standart iqtisadi tədbirləri qısa müddətdə mümkündür və nəticə etibarilə inflyasiyanı daha da yüksəldəcək.

JPMorgan bankının proqnozuna görə Türkiyə seçkinin ardınca, bu ilin üçüncü rübündə iqtisadi resessiya ilə üzləşəcək.

XS
SM
MD
LG