Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:00

Moskvada əsrin ən soyuq günləri gözlənir


Arxiv fotosu
Arxiv fotosu

Yanvarın 6-dan 10-dək Moskvada -29 dərəcəyədək şaxta gözlənir. Hava proqnozları mərkəzi bunun 21-ci əsrin indiyədək ən soyuq beşgünlüyü olacağını deyirlər.

“Hava çox kəskin soyuyacaq, yanvarın 6-dan soyuqlar düşəcək”, – mərkəzin başçısı Roman Vilfand deyib.

Sonrakı günlər, eləcə də ilin ilk iş günündə şaxtanın -20 dərəcədə qalacağı gözlənir. Rusiya paytaxtında orta iqlim norması -15 dərəcə sayılır.

Yanvarın 10-dan temperaturun yüksələcəyi gözlənir.

Ekspertlərin tövsiyəsi

Vilfand qeyd edib ki, anomal soyuq havanın uzun müddət qalması təhlükəli meteoroloji təzahürdür. Milad bayramında şaxta və qar çovğunu ABŞ-da azı 65, Yaponiyadan azı 17 nəfərin həyatına son qoyub, onlarla adam donvurmadan, xəsarətlərdən əziyyət çəkib.

Ekspertlər güclü şaxtalarda ehtiyac yoxsa evdən çıxmamağı, gərəkəndə isə yaxşıca yeyib, isti geyinərək çıxmağı tövsiyə edir.

Həftəsonundan Azərbaycanda da havanın temperaturunun ötən günlərə nisbətən düşəcəyi, cənub-qərb, şimal-qərb küləyinin əsəcəyi gözlənir. Şərq rayonlarında az yağıntılı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var.

Bu arada Avropada ilin əvvəli anomal isti keçir. Temperatur 10-20 dərəcə arası dəyişir, bəzi xizəksürmə kurortlarında hələ qar yağmayıb.

İqlimşünaslar havanın qeyri-adi təzahürlərini antropogen iqlim dəyişiklikləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG