Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:46

Prezidentin artım sərəncamına düşməyənlər...


'Qul bazarı'na çıxan müharibə iştirakçısı
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

'Qul bazarı'na çıxan müharibə iştirakçısı

Yanvarın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla büdcə təşkilatları üzrə bəzi qurumlarda maaşlar, habelə bir sıra təqaüd və müavinətlər artdı. Amma bu sərəncamlardan kənarda qalanlar da oldu...

"Arzuolunmazdır"

Cəbrayıldan olan məcburi köçkün Hidayət Allahverdiyev də vurğulayır ki, tək onlar yox, müharibə veteranları da sərəncamlardan kənarda qalıb. Onun fikrincə, müharibə veteranlarının da təqaüdlərinin 80 manat civarında qalması arzuolunmazdır. Üstəlik, o artımları da yetərli saymır: "Yəni, insanların ehtiyaclarına hesablanan artım deyil. Bu baxımdan veteranların və köçkünlərin sosial təqaüdlərinin artırılmaması mənfi qiymətləndirilməlidir".

F.Kərimli
F.Kərimli

"Ən azı üç dəfə artırılmalıdır"

İkinci Qarabağ müharibəsi veteranı Fərəc Kərimli isə AzadlıqRadiosuna deyib ki, ölkədə ən az müavinət alanlardan biri də müharibə veteranlarıdır. Onun sözlərinə görə, bundan da ölkə başçısının xəbərinin olmaması mümkün deyil: "Bu biabırçılığa hakimiyyətin müharibə veteranlarına verdiyi "qiymət" də demək olar. Veteranların arasında yüzlərlə adam var ki, müharibədə ciddi xəsarətlər almasına baxmayaraq əllik dərəcələri də düzgün müəyyən edilməyib, əksəriyyəti işsizdir, özlərini dolandıra bilmirlər. Hətta yüzlərlə müharibə iştirakçıları var ki, müharibə veteranı statusu belə verilməyib. Şəxsən tanıdığım hərbçilər var".

F.Kərimlinin sözlərinə görə, ölkədəki bahalaşma şəraitində müharibə veteranlarına verilən 80 manatın ən minimum ehtiyacları ödəmədiyi heç kimə sirr deyil: "Hesab edirəm ki, müharibə veteranlarının müavinəti ən azı üç dəfə artırılmalıdır".

Q.İbadoğlu
Q.İbadoğlu

"7 ildir bu müavinətlərdə heç bir artım yoxdur"

İqtisadçı Qubad İbadoğlu da təəssüflə qeyd edib ki, bəzi müavinət məbləğlərində heç bir dəyişiklik baş verməyib: "Onlardan ən vacibi müharibə iştirakçıları ilə bağlı müavinətdir, baxmayaraq ki, müavinətin məbləği çox aşağıdır. Bunun əsas səbəbi müharibə iştirakçılarının sayının 100 minə yaxın olması göstərilir. Məbləğ aşağı olsa da, müharibə iştirakçılarının əhatə dairəsi geniş olduğundan vəsait ayırmayıblar. İkincisi, məcburi köçkünlərlə bağlıdır ki, əvvəlcədən bu yöndə artım olmayacağı bəlli idi".

Onun deməsinə görə, 1.5 yaşa qədər uşağa qulluğa görə ödənilən müavinət də artırılmayıb, 44 manat olaraq qalıb: "3 yaşa görə müavinət də 28 manatdır, dəyişilməyib. 7 ildir bu müavinətlərdə heç bir artım yoxdur".

V.Bayramov
V.Bayramov

"Sosial paket 2023-cü ildə dərinləşəcək"

İqtisadçı-deputat Vüqar Bayramov xatırladır ki, 2023-cü ildə dövlət büdcəsində sosial sferaya 15.2 milyard manat ayrılacaq, bu isə bütövlükdə büdcə xərclərinin 46 faizi deməkdir. Onun sözlərinə görə, büdcədən ayrılan hər 2 manatın təxminən 1 manatı məhz sosial sferaya yönəldiləcək: "Təbii ki, son sosial paketlə bağlı qəbul edilən sərəncam və fərmanlar həm də əvvəlki ildə olan sosial paketin davamı kimi qiymətləndirilməlidir. Eyni zamanda, bu o anlama gəlir ki, sosial paket 2023-cü ildə dərinləşəcək. Ona görə başqa istiqamətlərdə də sosial paketin dərinləşməsi gözləniləndir. Artıq pensiyaların indeksasiyası ilə bağlı işlər gedir, yanvarın sonu-fevralın əvvəlində bunu müşahidə edəcəyik. Təxminən 2.2 milyon vətəndaşı əhatə edən indeksasiya mexanizmi olacaq".

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

Xatırlatma

Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı sərəncam ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Dövlət başçısının başqa bir sərəncamı ilə bir sıra təqaüd və müavinətlərdə də artım baş verib. Bura uşağın anadan olmasına, dəfn üçün birdəfəlik, habelə əlillərə, şəhid ailələrinə və başqa bir sıra kateqoriyalara verilən təqaüdlər aiddir. Bəzi kateqoriyalarda bu, 10, bəzilərində isə 50 faizdir.

Habelə, tələbə və doktorantların təqaüdləri də artırılıb. Onlarda artım 10-15 civarinda gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə bu il sosial ödənişlərdə artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1.9 milyon vətəndaşı əhatə edir.

XS
SM
MD
LG