Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Rusiya ordusunda tuvalıları niyə döyürlər?


Ukrayna müharibəsində həlak olan tuvalıların qəbirstanlığı
Ukrayna müharibəsində həlak olan tuvalıların qəbirstanlığı

Rusiyada Tuva Respublikasının başçısı Vladislav Xovalıq bir qrup tuvalı səfərbərin videomüraciətini araşdırmaq üçün Ukraynadakı qondarma “Donetsk xalq respublika”sına (DXR) öz nümayəndələrini göndərib.

Tuvalı səfərbərlər sözü gedən videoda “DXR” hərbçiləri tərəfindən döyüldüklərini bildirirlər.

Tuva dilində bu videomüraciət və onun ruscaya tərcüməsi “Rusiya asiyalıları” teleqram-kanalında dərc olunub.

Bu videoda hərbi geyimdə olan adamlar deyirlər ki, sentyabrın 29-dan Novosibirsk vilayətində hərbi təlim keçiblər. Həm də onlara vəd olunubmuş ki, komendant batalyonunda xidmət edəcəklər.

Amma dekabrın axırlarında onları Ukrayna ərazisinə, DXR-ə gətiriblər və deyiblər ki, onların bir qismi ön cəbhəyə göndəriləcək.

Onların sözlərinə görə sənədləri ilə bağlı problemə görə onlar rəsmi olaraq heç bir hərbi birləşmənin siyahısına daxil edilməyiblər. Onların komandanlığı olmasa da, döyüşməkdən imtina etmirlər:

"2023-cü il, fevralın 4-də bizim yanımıza DXR hərbçiləri gəldilər. Onlar bizə avtomatlardan atəş açır, bizə press etməyi əmr edirdilər. Bizə deyirdilər ki, burdan sağ-salamat getməyəcəksiniz və siz DXR-ə aidsiniz”.

Vladislav Xovalıq deyib ki, qondarma DXR-in “hökumət başçısı” Vitali Xotsenko ilə danışıb və ondan milisin hərkətlərinin qanuniliyini yoxlamağı xahiş edib.

Xovalıq deyib ki, “bu, səfərbərləri gözdən salan dəhşətli hadisədir”.

Rusiya Dövlət Dumasının vitse-spikeri Şolban Kara-ool (Qaraoğlu-red) Sibirə ezamiyyətini yarımçıq kəsib insidentin araşdırılması üçün Ukraynaya yollanıb.

“Şoyqunun qohumları”

Tayga.info saytı yazır ki, ona göndərilmiş qısa videoda bir neçə silahlının bir əsgəri yerə yıxıb döydükləri görünür. Həmin mənbə bir audioyazı da təqdim edib. O iddia edir ki, bu səs yazısında danışan şəxs “xalq milisinin” “Batya” ləqəbli əməkdaşıdır.

“Rossiyskaya gazeta” bu adamın “podpolkovnik Vyaçeslav Qubin” olduğunu yazır.

Səs yazısında Batya olduğu deyilən şəxs bildirir:

“Yoldaş general biləndə ki, mən bura sizin yanınıza gəlmişəm acizanə şəkildə məndən xahiş etdi: “Batya, lütfən onları öldürmə. Onların hamısı Şoyqunun qohumlarıdır. Sən indi onları çırpacaqsan, anaları, ataları Şoyqu dayıya şikayət edəcəklər”.

Bu məqamda səs yazısı qırılır.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu milliyyətcə tuvalıdır. Tuvalılar türkdillidirlər.

XS
SM
MD
LG