Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

ABŞ Ukraynanın yazda hücuma keçəcəyini gözləyir


Brüssel görüşü. Soldan sağa: ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Oleksi Reznikov
Brüssel görüşü. Soldan sağa: ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Oleksi Reznikov

Rusiya qüvvələrinin Ukraynanın şərqindəki şəhərləri bütün cəbhə boyunca bombardman etdiyi bir vaxtda, fevralın 14-də, NATO-nun Brüsseldəki baş qərargahında müttəfiqlərin və Ukrayna üzrə kontakt qrupuna daxil ölkələrin müdafiə nazirləri görüş keçirirlər.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, kontakt qrupuna daxil ölkələr Ukraynaya indiyədək silah-sursat göndəriblər və bu proses bundan sonra da davam edəcək.

Ostin habelə müttəfiq ölkələrin Ukraynaya vəd etdikləri yeni hərbi yardımları elan edib.

Bunların sırasında tanklar və onlar üçün sursat, hava hücumundan müdafiə sistemləri, Ukrayna sistemlərinin inteqrasiyası və Ukrayna qoşunlarına təlim keçilməsi də var.

Təyyarələr barədə bəyanat verilməyib

Lakin Ukrayna ABŞ və müttəfiqlərdən habelə döyüş təyyarələri istəyirdi. Ostin bu barədə heç bir açıqlama verməyib.

O bildirib ki, hazırda Rusiyanın böyük hava hücumuna hazırlıq üçün təyyarələr cəmləşdirdiyini göstərən əlamətlər yoxdur.

Onun sözlərinə görə məhz bu səbəbdən Qərb müttəfiqləri əsas diqqətlərini Ukraynaya mümkün qədər çox hava hücumundan müdafiə sistemlərinin verilməsinə yönəldiblər.

Ostin bunu da vurğulayıb ki, Ukraynanın yaz aylarında hücuma keçəcəyi gözlənilir.

Həm Ostin, həm də ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli xatırladıblar ki, Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəyə başlamasının birinci ildönümü gələn həftəyə düşür.

Milli deyib ki, Rusiya səfərbərləri və səfərbərliyə alınmış məhkumları “labüd ölümə” göndərir, amma döyüş meydanında “strateji, əməliyyat və taktiki” uğursuzluqlara düçar olur.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

“Rusiya qlobal şərə çevrilib”

General əlavə edib ki, Rusiya hazırda “qlobal şərin təcəssümünə” çevrilib, Ukraynanın igidliyi və müqaviməti isə dünya üçün ilham mənbəyi olaraq qalır.

Milli qeyd edib ki, Ukraynaya tanklar göndərəcəyini vəd edən ölkələrin sayı 11-ə çatıb və daha 22 ölkə piyadalar üçün döyüş maşınlarının göndəriləcəyini vəd edib.

Onun sözlərinə görə 16 ölkə Ukraynaya artilleriya və sursat, 9 ölkə isə hava hücumundan müdafiə sistemləri göndərir.

General Milli bildirib ki, hazırda Ukrayna cəbhəsinin ən ağır döyüşləri Baxmut şəhərinin ətraflarında gedir və Ukrayna qüvvələri Rusiya qoşunlarının hücumlarını dəf edə bilir.

Milli deyib ki, “mən indiki döyüşləri üzücü müharibə adlandırardım və Rusiya böyük itkilər verməkdədir”.

Zelenski: “Hər şeyi açıq demək olmur”

Bu arada Ukraynanın müdafiə naziri Oleksi Reznikov NATO ölkələri nazirlərinin Brüssel görüşü barədə təəssüratlarını bölüşüb.

O deyib ki, bu görüşdə Ukrayna ordusunun bütöv birliklərinin təlimləndirilməsi müzakirə olunurdu.

Fevralın 14-də Brüsseldə Ramştayn formatında keçirilmiş 9-cu görüş barədə öz fikirlərini Ukrayna prezidenti Volodimir Zelenski də bildirib.

O bəyan edib ki, Ukraynanın müttəfiqləri Kiyevlə razılaşmaların əksəriyyətini dəstəkləyiblər, amma bunlar barədə danışmamaq daha yaxşıdır:

"Ramştayn barədə hər şeyi açıqlamaq olmaz. Razılaşmaların və müzakirələrin əksəriyyəti bağlı qapılar arxasında aparılıb. Amma bir şeyi əminliklə deyə bilərəm: təməl meyllər dəyişməz olaraq qalır”.

XS
SM
MD
LG