Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Türkiyə Baydenin soyqırımı bəyanatına reaksiya verib


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu prezident Co Baydenin 24 aprel münasibətilə verdiyi bəyanatı şərh edib.

Bayden bu bəyanatında 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri bir daha “soyqrım” adlandırıb.

Çavuşoğlu deyib:

"Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenə səhnədədir! Siyasi bəyanatlarla tarix yenidən yazıla bilməz. Bu gümanlarında israr edən fürsətçilər, gizli niyyətləri və ikiüzlülüklərinə görə xatırlanacaqlar. Uca Türk millətinə tarix dərsi vermək kimsənin haqqı deyildir”.

Türkiyə yox, Osmanlı, İstanbul yox, Konstantinopol

Co Baydenin Ağ Evin saytında dərc olunmuş bəyanatında 108 il əvvəl baş vermiş hadisələr “soyqırım” adlandırılır və bildirilir ki, bu hadisələr zamanı 1.5 milyon erməni ya ölüb, ya da deportasiya olunub.

“Biz dünyanın müxtəlif ölkələri ilə birlikdə bu ağrılı tarixi yad edir və erməni xalqının mətinlik və qətiyyətini bir daha vurğulayırıq”.

Bəyanatda bildirilir ki, bu hadisələrdən sağ çıxan ermənilər və onların törəmələri bu hadisəni bir daha təkrar olunmaması üçün yad edirlər:

“Gəlin bugün bir daha bu vədimizi səsləndirək. Gəlin nifrətə qarşı səsimizi ucaldaq, insan haqlarını müdafiə edək və qırğınların qarşısını alaq”.

Türkiyə mediası diqqəti belə bir məqama çəkir ki, Baydenin bəyanatında “Türkiyə” sözü işlədilməyib, əvəzində “Osmanlı” sözündən istifadə olunub. Bəyanatda habelə İstanbulun köhnə adı Konstantinopol adı işlədilib.

Co Bayden illik bəyanatlarında 1915-ci il hadisələrini “soyqırım” adlandıran ilk ABŞ prezidentidir.

XS
SM
MD
LG