Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

Rusiyada elektrotexnika bahalaşa bilər


Arxiv fotosu
Arxiv fotosu

Qazaxıstan hökumətinin gömrük nəzarətini gücləndirmək qərarı ilə bağlı Rusiyadan idxal olunan elektronika məhsullarında 10-12% artım ola bilər. “Kommersant” qəzeti yazır ki, bu yolla ölkə Rusiyaya qarşı sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq istəyir.

Rusiyaya elektronikanın tədarükünə nəzarətin gücləndirilməsi ilə əlaqədar distribyutorlar Çin, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən idxala başlayıblar. Bu isə, logistika şirkətlərinin hesablamalarına görə, son məhsulun maya dəyərini 12%-ə qədər artırır. Qazaxıstan ərazisindən Özbəkistandan da məişət texnikası tədarük edilirdi: bu iki ölkə Samsung, LG, Bosch, Electrolux və digər istehsalçıların ən böyük elektronika idxalçısı idi. Distribyutorlar deyirlər ki, yeni qiymət şərtləri ilə bu cür avadanlıqlar almaq sərfəli deyil.

Məsələn, idxal olunan avadanlıqların alış qiymətinin bahalaşmasından dolayı Holodilnik.ru şirkəti, LG, Samsung, Bosch, Electrolux və digər markalardan soyuducu, paltaryuyan maşın və digər məişət texnikasının alışını minimuma endirib.

26 milyard dollarlıq ticarət dövriyyəsi

Rusiya Ticarət və Sənaye Palatasının məlumatına görə, 2022-ci ildə Qazaxıstanla ticarət dövriyyəsi 2 milyard dollar artaraq 26 milyard dollara çatıb. Ukraynaya müdaxilədən sonra Qərb şirkətlərinin sanksiyalarına məruz qalan Rusiya hakimiyyəti, 2022-ci ilin iyulunda hüquq sahibinin razılığı olmadan məhsulların tədarükü mənasını verən “paralel idxalı” qanuniləşdirib. Rusiya hökumətinin məlumatına görə, 2022-ci ilin sonunda paralel idxalın həcmi təxminən 22 milyard dollara çatıb.

Rusiyanın Xarici İşlər nazirinin müavini Roman Vasilenko aprelin əvvəlində bildirib ki, Qazaxıstan “öz yurisdiksiyasının anti-Rusiya sanksiyalarından yan keçmək üçün istifadəsinə imkan verməyəcək”. Vasilenkonun sözlərinə görə, aprelin 1-dən bu ölkədə Rusiyaya idxal olunan mallara nəzarət sistemi fəaliyyət göstərir.

XS
SM
MD
LG