Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:05

İranda Xomeyninin vəfat gününü rəqslə qeyd edənlər olub


İranda etiraz aksiyası (Arxiv fotosu)
İranda etiraz aksiyası (Arxiv fotosu)

İranda İslam Respublikasının qurucusu Ruhulla Xomeyninin vəfat ildönümündə ölkənin bir sıra şəhərlərində ictimai aksiyalar keçirilib.

Bu aksiyalarda etirazçılar dini hakimiyyətə itaətsizliklərini kütləvi rəqslərlə nümayiş etdiriblər.

Sosial mediada yayılmış videolarda iyunun 3-də, İranın bir çox şəhərlərində aksiyaların keçirildiyi, bayraqların və ali rəhbər ayətüllah Əli Xameneyinin portretlərinin yandırıldığı görünür.

Etirazçılar “Xameneyiyə ölüm, Xomeyniyə lənət!” şüarları səsləndiriblər.

İmam Xomeyni 1989-cu ilin 3 iyununda vəfat edib.

Hakimiyyət rəqs və musiqiyə itaətsizlik, dini dəyərlərə hörmətsizlik əlaməti kimi baxır.

Əsas hədəf hicabdır

Son aylarda İran boyunca keçirilən etiraz aksiyalarının əsas hədəflərindən biri də qadınlar üçün məcburi hicab qaydası idi.

Ötən ilin sentyabrında 22 yaşlı qadın hicab qaydasını pozması ittihamı ilə polisə aparılmış və orada vəfat etmişdi.

Həmin gündən bəri İran şəhərləri boyunca etiraz nümayişlərinə çıxanlar hicab qaydasının və əxlaq polisinin ləğv olunmasını tələb edirlər.

Bir çox təhlilçilər deyirdilər ki, bu etirazlar İranın dini hakimiyyətinin 1979-cu il inqilabından bəri üzləşdiyi ən böyük hərəkatdır.

Etirazlarda iştirak və ya onlara dəstəyə görə İranda indiyədək minlərlə fəal, jurnalist, hüquqşünas və sənətçi həbs edilib.

İran indiyədək etirazlarla bağlı 7 nəfəri edam edib.

XS
SM
MD
LG