Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

Tbilisidə anti-Rusiya aksiyası olub


Tbilisidə Puşkinin abidəsi
Tbilisidə Puşkinin abidəsi

Gürcüstan paytaxtı Tbilisidə iyunun 14-ə keçən gecə Rusiyanın Ukraynadakı təcavüzünə qarşı çıxan fəallar Rusiya və sovet şair və yazıçılarının, ictimai və mədəniyyət xadimlərinin heykəllərinə plakatlar asıblar.

Aksiya “Tbilisidə Rusiya gecəsi” adlandırılıb.

Plakatları Aleksandr Puşkinin, Vladimir Mayakovskinin, Maksim Qorkinin və Mixail Lermontovun heykəllərindən asıblar.

Tbilisidə dəfn edilmiş Aleksandr Qroboyedovun abidəsindən asılan plakatda yazılmışdı:

“Moskva bizə nə hədiyyə edəcək? Bugün partlayış, sabah ikisini”.

Tbilisidə Mayakovskinin abidəsi
Tbilisidə Mayakovskinin abidəsi

Mayakovskiyə nəzirə

Mayakovski isə Gürcüstanda doğulub və burada böyüyüb. Onun heykəlinin boynundan asılan plakatda məşhur “Pasport” şeirinə bir parça nəzirə var idi:

"Utanc içində durmuşam, beşinci müharibənin ağırlığından. Baxın a, halıma yanın a, mən bənd-bərələri partladan ölkənin vətəndaşıyam!”

Rusiya siyasi xadimi Aleksandr Sobçakın heykəlindən asılan plakatda isə Gürcüstana “Rusiya yolu” getməmək xəbərdarlığı edilirdi.

Aksiya başlanandan bir neçə saat sonra Tbilisi meriyasının əməkdaşları abidələrdəki plakatları yığışdırmağa başlayıblar.

Bu da qeyd olunur ki, aksiyaçılar bilərəkdən abidələrin özünə ziyan vurmayıblar.

Əks-halda hakimiyyət bu hərəkəti vandalizm aktı kimi qiymətləndirə bilərdi.

XS
SM
MD
LG