Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Türkiyədə Qırğızıstandan oğurlanmış müəllimə 21 il iş kəsildi


Orhan İnandı
Orhan İnandı

Ankaranın cinayət işləri üzrə yüksək məhkəməsi Qırğızıstandan oğurlanaraq Türkiyəyə gətirilmiş Orhan İnandıya 21 il iş kəsib.

Anadolu agentliyi xatırladır ki, Qırğızıstandakı “Sapat” məktəblər şəbəkəsinin prezidenti terrorçuluqda ittiham olunur.

Türkiyə hakimiyyəti iddia edir ki, o FETÖ təşkilatının Mərkəzi Asiya üzrə rəhbəri olub.

Rəsmi Ankaranın iddiasına görə FETÖ təşkilatını hazırda ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülen yaradıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Güleni Türkiyədə paralel dövlət qurmaq planı cızmaqda ittiham edir.

Ankara prokurorluğu İnandı üçün 15 ildən 22 ilədək həbsxana cəzası istəmişdi.

Orxan İnandı uzun illər Qırğızıstanda yaşayıb və hətta bu ölkənin vətəndaşlığını alıb.

“Qırğızıstanlılar idi...”

O 2021-ci ilin 1 iyulunda yoxa çıxmışdı. 4 gün sonra Ərdoğan bəyan etmişdi ki, Türkiyə xüsusi xidmətləri İnandını Türkiyəyə gətirib.

Bu hadisə Qırğızıstan cəmiyyətində hiddətlə qarşılanmışdı. Qırğızıstan prezidenti bəyan etmişdi ki, Orhan İnandının qaytarılmasını tələb edəcək və bu məsələ artıq Ankaranın qarşısında qaldırılıb.

Prezident Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev demişdi ki, İnandının qaçırılmasında Qırğızıstan hakimiyyətinin əlinin olduğuna dair iddialar cəfəngiyatdır.

İnandının vəkili Halil İbrahim Yılmazın sözlərinə görə o kimlər tərəfindən oğurlandığını bilmir, amma həmin adamların qırğızıstanlılar olduğunu deyir.

İnandı bildirib ki, gözlərini bağlamışdılar və o təyyarəyə hansı şəhərdə mindirildiyini bilməyib.

Əliyevin Ərdoğana verdiyi vədin indiki aqibəti: Qəhrəmanmaraşdakı mənzillərin tikintisi dayanıb?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

“Rüsvayçılıq”

Qırğızıstan parlamenti güc nazirliklərinin işini “rüsvayçılıq” adlandırmış və Qırğızıstan XİN-ə Orhan İnandının qaytarılması üçün Türkiyəyə müraciət edilməsini tapşırmışdı.

O vaxt deputatlardan Janarbek Akayev Qırğızıstan xüsusi xidmətlərinə müraciətlə demişdi:

"Siz istefaya getməlisiniz. Adamı təyyarə ilə, yerüstü nəqliyyatla, yaxud yerin altı ilə aparlıblar, fərqi yoxdur. O Türkiyədə peyda olub. Siz buna görə cavab verməlisiniz. Əgər indi olmasa da, 5-15 ildən sonra cəzanızı alacaqsınız. Bu dövlətə xəyanətə bərabərdir”.

Beynəlxalq təhsil təşkilati olan Sapat 16 liseyin, Ala-Too Universitetinin, UWIS beynəlxalq məktəbinin və dörd natamam orta təhsil məktəbinin təsisçisidir.

Bu təhsil təşkilatlarında hazırda 10 min şagird və tələbə təhsil alır.

Ankara bütün bu müəssisələrin Gülen tərəfindən təsis olunduğunu iddia edir.

XS
SM
MD
LG