Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

Zelenski əkshücumla bağlı nikbin danışıb


Zelenski Donetsk vilayətində, 26 iyun, 2023-cü il
Zelenski Donetsk vilayətində, 26 iyun, 2023-cü il

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 26-da gecə videomüraciətində ordusunun irəliləməsi haqda nikbin danışıb, bunu “xoşbəxt gün” adlandırıb.

“Əsgərlərimiz, ön mövqelərimiz cəbhənin bütün istiqamətlərində fəaldırlar. Bu gün əsgərlərimiz bütün istiqamətlərdə irəliləyiblər və xoşbəxt gündür. Oğullara buna oxşar çox günlər diləyirəm”, – Zelenski vurğulayıb.

Dəniz korpusu yaradılacaq

Dünən Zelenski ölkənin şərqində döyüşən əsgərlərə baş çəkib, onlara medallar verib, selfilər çəkdirib. Səfərin konkret haraya geçrçəkləşdiyi aydın olmasa da, Zelenskinin idarəsi deyib ki, o, Donetsk vilayətində Xortitsia əməliyyat-strateji qrupunun bölmələri ilə görüşüb.

Zelenski çıxışında ordu komandirləri ilə görüşdüyünü, müzakirələr əsasında “bir sıra əməliyyat qərarları” verdiyini bildirib. Onun sözlərinə görə, bir qərar dəniz korpusunun yaradılması ilə bağlı olub.

“Donanmanı və müdafiə qüvvələrimizin bütün elementlərini gücləndiririk. Bu zərurətdir”, – o vurğulayıb.

Ukrayna Baş Qərargahı isə iyunun 27-də səhər bildirib ki, son 24 saat ərzində, xüsusilə Donetsk vilayətinin qərbində 38 toqquşma baş verib.

Ordu həmçinin cənubda Zaporojye və Xerson vilayətlərində Rusiyanın mövqelərinə havadan zərbələr endirildiyini açıqlayıb.

ABŞ narahatdır

Ukrayna iyunun əvvəlində əkshücuma başlayandan bəzi irəliləyişlər edib. Müdafiə nazirinin müavini Hanna Malyar iyunun 26-da qeyd edib ki, həm hücum, həm də müdafiə əməliyyatları aparılıb, ordu müəyyən “taktiki uğur” qazanıb.

AzadlıqRadiosu cəbhə zonasında baş verənləri müstəqil yoxlaya bilmir.

“The New York Times ” iyunun 26-da yazıb ki, ABŞ rəsmiləri Ukraynanın əkshücumunun ilkin mərhələsinin çox ləng getməsindən narahat olmağa başlayıb. Aylardır müdafiə mövqeyində olan Rusiya qüvvələri isə minalardan təmizlənmiş ərazilərə uğurla yerləşirlər.

Zelenski qəzetə deyib ki, əkshücum “Hollivud filmi” deyil, “ən yaxşı saydığımız vaxtda cəbhədə irəliləyəcəyik”.

XS
SM
MD
LG