Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Moskvanın mərkəzində müsəlmanların etiraz aksiyası olub


Moskva məscidlərindən birində
Moskva məscidlərindən birində

İyulun 21-də Moskvanın mərkəzində müsəlmanların polisin məscidlərə keçirdiyi reydlərə qarşı kor-təbii etiraz aksiyası olub.

Möminlər narazıdırlar ki, polis qanunsuz miqrantların üzə çıxarılması üçün sənədlərin yoxlanması adı altında məscidlərə birbaşa namaz zamanı, ayaqqabılarını çıxarmadan müdaxilə edir, ibadəti pozur və özünü son dərəcə kobud aparır.

Bir neçə yüz nəfərin qatıldığı yürüş Bolşaya Tatarskaya küçəsindəki tarixi məsciddən başlanıb.

“Podyom” adlı teleqram kanalı yazır ki, polis məscidin və ətraf ərazilərin mühafizəsini gücləndirib.

Saxlananlar barədə heç bir məlumat verilmir.

Bu da xəbər verilir ki, müsəlmanlar etiraz aksiyasına cümə namazından sonra çıxıblar. Onlar “Allahu əkbər” şüarını səsləndirirdilər.

Sərnişin daşımalarının işini işıqlandıran “Ombudsmen taksi” teleqram kanalı Moskva meriyası nəqliyyat departamentinin blankında dərc edilmiş sənədi yayıb.

Bu sənəddə müsəlmanların icazəsiz mitinqə hazırlaşdıqları bildirilir və taksi xidmətlərinin rəhbərlərindən “zəhmətkeş miqrantlar” arasında izahat işi aparmaq və qanunsuz mitinqlərə yol verməmək rica olunur.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, iyulun 14-də Moskva ətrafındakı Dzerjinski şəhərində polis sənədlərin yoxlanması üçün məscidə reyd keçirib.

Polislər bu dəfə də məscidə daxil olarkən ayaqqabılarını çıxarmayıblar.

Bundan əvvəl iyulun 7-də xüsusi təyinatlı polis Kotelniki qəsəbəsindəki məscidə reyd keçirib. Namaz vaxtı keçirilən bu reydin gedişində dindarların üstünə yanğınsöndürən balonların köpüyü buraxılıb.

Rusiya Müsəlmanları İdarəsi, habelə Dağıstan və Çeçenistanın başçıları – Sergey MelikovRamzan Kadırov polisin hərəkətlərini sərt tənqid ediblər.

XS
SM
MD
LG