Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Kreml dron və təbii artım xəbərlərinə senzura qoyur


Rusiyanın dövlət statistika idarəsi - Rosstatın məlumatına görə Putinin hakimiyyəti illərində ölkədə doğuşların sayı minimuma enib
Rusiyanın dövlət statistika idarəsi - Rosstatın məlumatına görə Putinin hakimiyyəti illərində ölkədə doğuşların sayı minimuma enib

Kreml ona bağlı olan kütləvi informasiya vasitələrinə Vladimir Putinin hakimiyyəti dövründə Rusiyada doğumların minimuma düşməsinə dair məlumatların verilməsini qadağan edib.

Bunu The Moscow Times qəzeti TASS və RIA Novosti dövlət xəbər agentliklərindəki mənbələrə istinadla yazır.

Mənbələr bildirirlər ki, sərt senzura iyulun 12-də, Putinin səhiyyə naziri Mixail Muraşko ilə görüşündən sonra tətbiq edilir.

Bu görüşdən sonra Muraşko qadınların hüquqlarını məhdudlaşdıran bir sıra bəyanatlar verib.

Nazir özəl klinikalara hamiləliyin dayandırılması üzrə xidmət göstərilməsinə və medikamentoz abort preparatlarının satışına qadağan qoyulmasına çağırıb.

Müasir Rusiya tarixində ən pis rəqəm

Rusiyanın dövlət statistika idarəsi - Rosstatın məlumatına görə Putinin hakimiyyəti illərində ölkədə doğuşların sayı minimuma enib.

Məlumata görə bu ilin yanvarından iyununadək Rusiyada 511 min uşaq dünyaya gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 1.2 faiz və ya 11.5 min nəfər azdır. Bu da qeyd olunmalıdır ki, ötənilki göstərici son iyirmi ilin ən pis rəqəmi hesab olunur.

Rosstatın məlumatına görə habelə əhalinin hər 1000 nəfərinə 8.5 uşaq göstəricisi müasir Rusiya tarixində ən pis göstəricidir. Bundan daha aşağı rəqəm - 8.3 uşaq 1999-cu ildə qeydə alınıb.

May ayında keçirdiyi mətbuat konfransında Rusiya prezidentinin sözçüsü Dmitri Peskov demişdi ki, ölkənin demoqrafık durumu “çox ağır vəziyyətdədir”.

Dron xəbərləri: Krım olar, Moskva yox

Bu arada The Insider saytı xəbər verir ki, Rusiya telekanallarına Moskvaya dron hücumunu işıqlandırmaq qadağan edilib.

The Insider bu məlumatı Rusiya Baş Teleradio Yayımları idarəsindəki mənbədən əldə edib.

Mənbə bildirib ki, qadağan saat 11 xəbərlərinin buraxılışına 15 dəqiqə qalanda gəlib.

Bu saatdan sonra telekanallar Moskva üzərində dron xəbərlərində Müdafiə Nazirliyinin qısa şərhləri ilə kifayətləniblər.

The Insider saytının mənbələrindən biri deyib:

"15 dəqiqə ərzində bütün proqrama yenidən baxılıb, dron zərbələrinin şahidləri və nəticələri ilə bağlı kadrlar yığışdırılıb. Əvəzində başqa vaxt əhəmiyyət verilməyən xarici xəbərlərə müraciət edilib.”

Bununla belə Krıma dron zərbələrinin işıqlandırılması qadağan olunmayıb.

XS
SM
MD
LG