Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Rusiya pasportu olmayana insulin yoxdur


Инсулин.
Инсулин.

Ukraynada Xerson vilayətinin işğal edilmiş hissəsində yerləşən Lazurnı qəsəbəsində Rusiya tərəfindən təyin edilmiş başçı sakinlərə deyib ki, Rusiya pasportu almayanlara diabet xəstələri üçün zəruri olan insulin verilməyəcək.

Yerli sakinlərə video müraciətində Aleksandr Dudka qeyd edib ki, qəsəbənin Ukrayna vətəndaşı olaraq qalan sakinləri Rusiya büdcəsi hesabına ödənişsiz dərman ala bilməyəcəklər:

"İlk növbədə başqa ölkənin vətəndaşı olmağın nə demək olduğunu öz üzərlərində insulin xəstələri başa düşüblər. Eyni qayda humanitar yardımlara da şamil ediləcək”.

Dudkanın hədələri

Qəsəbə administrasiyasının rəhbəri habelə Rusiya Lazurnını işğal etdikdən sonra uşaqlarını rus məktəblərinə buraxmayan sakinləri tənqid edib.

O valideynləri inzibatı və cinayət məsuliyyəti ilə hədələyib.

Dudka regionun Rusiya tərəfindən ilhaqını qəbul etməyənləri “jdun” – yəni “gözləyən” adlandırıb və onları əşyalarını toplayaraq çıxıb getməyə çağırıb.

AzadlıqRadiosunun Rus xidmətinin yazdığına görə Dudka belə təhdidlərlə ilk dəfədir ki, çıxış etmir.

Məsələn o iyun ayında demişdi ki, Rusiya pasportu olmayanlar, işə düzələ bilməyəcək, humanitar yardım və ya pensiya almayacaqlar.

XS
SM
MD
LG