Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:26

Kiyev cənubda ‘uğurlar’ qazandığını deyir


Ukraynada Müstəqillik Günü belə qeyd olunub
Ukraynada Müstəqillik Günü belə qeyd olunub

Rusiya işğal olunmuş Krıma kütləvi dron hücumlarının və Kaluqaya raket zərbəsinin qarşısını aldığını bildirir. Ukrayna ordusu isə regionlarına ölümcül hava və dron zərbələri baş verdiyini açıqlayıb.

Rusiyanın Müdafiə Nazirliyi avqustun 25-də bəyanatında bildirib ki, havadan müdafiə qüvvələri 42 dronu neytrallaşdırıb, onlardan doqquzu vurulub, 33-ü isə “radioelektron vasitələrlə söndürülüb və hədəfə çatmadan vurulub”.

Krımdakı Sevastopol regionuna Moskvanın təyin etdiyi başçı Mixail Razvojayev deyib ki, Krım yaxınlığında dəniz üzərində bir neçə dron məhv edilib.

Nazirlik Moskvanın cənub-qərbində yerləşən Kaluqa regionunda da Ukrayna raketinin vurulduğunu bildirib. Rusiyanın Telegram kanalları Kaluqa, Tula və Moskva regionları üzərində partlayışların baş verdiyini xəbərləyirlər.

TASS agentliyi Moskvanın Vnukovo və Domodedovo aeroportlarının müvəqqəti bağlandığını yazır.

Son həftələr Moskva və ətrafı ardıcıl dron hücumlarına məruz qalıb.

Ukraynaya zərbələr

Ukrayna ordusunun baş qərargahı isə ötən gecə Rusiyanın bu ölkəyə hava və raket hücumları həyata keçirdiyini, dinc sakinlər arasında itki olduğunu bildirib. Rusiyanın yeddi raket və 47 hava zərbəsinin hədəfləri, qurbanlar barədə detallı informasiya açıqlanmır.

Ukraynanın havadan müdafiə sistemi Odessa vilayəti üzərində Rusiyanın dörd qanadlı raketinin vurulduğunu, onların Azov dənizindən buraxıldığını bildirir.

Bir gün öncə Rusiya Ukraynada Müstəqillik Günü qeyd olunarkən cənubdakı Dnepr şəhərinə raket hücumu gerçəkləşdirib, yeddi nəfər yaralanıb.

Ukraynanın şərqində hər iki tərəfin hücum və müdafiə hərəkətləri fonunda qızğın döyüşlər davam edir.

ccc. Həftənin əvvəlində bu şəhərin yerləşdiyi Zaporojye vilayətindəki Robotine kəndi azad olunub.

Bu arada Birləşmiş Ştatlar oktyabrda Ukrayna pilotlarına F-16 qırıcıları üzrə təlimə başlayacağını bəyan edib. Bundan öncə Niderland, Danimarka, Norveçin Kiyevə F-16 göndərəcəyi xəbərləri yayılıb.

XS
SM
MD
LG