Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:44

Dövlət Departamenti Qubad İbadoğlunu azad etməyə çağırıb


ADR sədri Qubad İbadoğlu
ADR sədri Qubad İbadoğlu

Sentyabrın 14-də ABŞ Dövlət Departamentindən Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıblar.

"Daha əvvəl onun həbsindən və saxlanılmasından narahat olduğumuzu demişdim, biz onu dərhal azad etməyə çağırırıq", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller mətbuat üçün gündəlik brifinqdə "Turan"ın suallarına cavabda bildirib.

Dövlət Departamenti bir müddət əvvəl İbadoğlunun xəstəliyinin olması fonunda onun səhhətindən "dərin" narahatlığını bildirmişdi və Azərbaycanı onun hüquqlarını, əsas azadlıqlarını müdafiə etməyə çağırmışdı.

Amerikanın bir neçə senatoru da Azərbaycan hökumətini İbadoğlunu humanitar əsaslarla azad etməyə səsləyib.

Hələlik, səslənən bu fikirlərə Azərbaycan rəsmiləri münasibət bildirməyib.

Q.İbadoğlunun yaxınları onun şəkər, təzyiq və başa xəstəliklərdən əziyyət çəkdiyini bildirirlər.

Əliyevə müxalif olanların cibindən narkotik çıxır: 17 ildir davam edən 'trend'
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Avropalı deputatlar bütün siyasi məhbusların azadlığını tələb edir

Avropa Parlamenti Azərbaycan Demokratik və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu ilə bağlı qətnamə qəbul edib.

Avropa deputatları iyulun 23-də saxlanılan Q.İbadoğlunun "dərhal və qeyd-şərtsiz" azadlığa buraxılmasını tələb edib. Ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu vurğulayıblar.

Sentyabrın 14-də keçirilən səsvermədə deputatlardan 539-u sənədin lehinə, 6-sı əleyhinə səs verib, 24 deputat bitərəf qalıb.

Deputatlar Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Boreli, Avropa Xarici Siyasət Xidmətini (EEAS) və üzv dövlətləri Azərbaycanda baş verən ciddi insan haqları və demokratiya pozuntularını pisləməyə çağırıblar. O cümlədən, bütün ikitərəfli görüşlərdə, eləcə də gələcək tərəfdaşlıq sazişləri üzrə danışıqlarda Q.İbadoğlu kimi siyasi motivlərlə həbs olunan bütün işlərin də qaldırılmasını zəruri hesab ediblər.

Avropa Parlamentinin deputatları Azərbaycanda bütün siyasi məhbusları azad etməyə çağırıblar.

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Sanksiya tələbi

Müzakirələrdə vurğulanıb ki, gələcəkdə Azərbaycanla hansısa saziş imzalanacaqsa, bu, bütün siyasi məhbusların azad edilməsi şərti ilə olmalıdır.

Avropa Parlament həmçinin insan haqları ilə bağlı ciddi pozuntulara yol vermiş Azərbaycan məmurlarına qarşı Aİ İnsan Haqları üzrə Qlobal Sanksiya Rejimi çərçivəsində sanksiyalar tətbiq etməyə çağırır.

Xatırlatma

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

XS
SM
MD
LG