Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

Ermənistan Moskvanın xəbərdarlığına baxmayaraq, Roma statutunu qəbul etdi


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini Moskva-Yerevan münasibətləri baxımından “düzgün olmayan” addım hesab edir.

Bunu oktyabrın 3-də Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib:

“Biz Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasının ikitərəfli münasibətlər baxımından düzgün olmasına lap əvvəldən şübhə ilə baxmışıq və baxırıq. Bundan əvvəl olduğu kimi hesab edirik ki, bu, düzgün olmayan qərardır”.

Peskovun sözlərinə görə Rusiya tərəfi istəməzdi ki, Rusiya prezidenti Ermənistana səfərlərdən hansısa səbəblərdən imtina etməli olsun.

O qeyd edib ki, Ermənistanla təmaslar daimi əsasda davam etdirilir və bu məsələ ilə bağlı hansısa diplomatik həll tapılmalıdır.

***

Moskvadan səslənən ciddi narazılıqlara baxmayaraq Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Roma statutunun ratifikasiyasına səs verib.

Bu qərar Ermənistanı Haaqada mənzillənmiş BCM-in yurisdiksiyasına daxil edir.

Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq məsələləri üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə orderləri məhz bu qurum verib. Putin və Lvova-Belova Ukrayna uşaqlarının zorla Rusiyaya deportasiyasında ittiham olunurlar.

Əksəriyyəti hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan 60 deputat ratifikasiya qərarının leyhinə, 22 deputat isə əleyhinə səs verib.

Ermənistanın iki müxalifət partiyası – keçmiş prezident Robert Koçaryana bağlı Hayastan və keçmiş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” fraksiyaları sənədin ratifikasiyasını kəskin tənqid ediblər.

Onlar iddia edirlər ki, Ermənistan iqtidarı bu qərarı qəbul etməklə Moskva ilə münasibətləri bilərəkdən riskə atır.

Bundan sonra qanun layihəsi təsdiq edilmək üçün prezident Vahaqn Xaçatryana təqdim olunacaq.

Moskva nədən narazıdır?

BCM Putin və Lvova-Belovanın həbsinə order verəndən bir həftə sonra, martın 17-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə konstitusiyasına zidd olmadığına dair qərar qəbul edib.

Ermənistan Roma statutunu 1998-ci ildə imzalasa da, ratifikasiya etməmişdi.

Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda bəyan etmişdi ki, Ermənistanın bu yurisdiksiyaya qoşulması onun Rusiya ilə ikitərəfli münasibətlərinə ciddi ziyan vura bilər.

Ötən həftə Putinin sözçüsü Dmitri Peskov demişdi ki, Ermənistanın bu addımı Moskvaya münasibətdə “fövqəladə düşmənçilik” aktıdır.

Müstəqil hüquqşünasların fikrincə Roma statutunu ratifikasiya etməsi bu ölkəyə səfər etdiyi təqdirdə Putinin həbsini Ermənistan üçün məcburi edir.

Ermənistan parlamentində mübahisə: 'Qarabağı satmısız'
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Putini həbs etməmək üçün müqavilə

Lakin Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirakosyan deyib ki, Yerevanın bu sənədi qəbul etməsinin məqsədi Rusiya yox, Azərbaycanla bağlıdır.

Onun sözlərinə görə bu qərar 2022-ci ildə Azərbaycanın Ermənistana qarşı təcavüzünün ardınca qəbul olunub. Kirakosyan iddia edib ki, o vaxt Azərbaycan hərbçiləri Ermənistan hərbi əsirlərini güllələmişdilər.

Kirakosyan habelə deyib ki, Rusiyanın bu sarıdan narahatlığının aradan qaldırılması üçün müəyyən hüquqi mexanizmlər mövcuddur. Reqlament habelə hər hansı şəxsin məhkəməyə təslim edilməsi məsələsində istisna imkanı verir.

Onun sözlərinə görə, Putin və başqa dövlət başçıları toxunulmazlığa malikdirlər və Roma statutu ikitərəfli müqavilələri olan ölkələrə BCM-in həbs orderini nəzərə almamaq imkanı verir.

Kirakosyan bildirib ki, Yerevan Rusiyaya belə bir ikitərəfli müqavilə imzalamağı hələ aprel ayında təklif etsə də, Moskvadan cavab almayıb.

XS
SM
MD
LG