Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

BMT məhkəməsində 'Ermənistan Azərbaycana qarşı' işi üzrə dinləməmələr başlanıb


Beynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi

Oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində "Ermənistan Azərbaycana qarşı" işi üzrə dinləmələr başlanıb.

Ermənistan məhkəmədən Bakının orada keçirdiyi hərbi əməliyyatdan sonra Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən “etnik təmizlənməsinin” qarşısının alınması üçün tədbir görməsini xahiş edib.

Dinləmə hər iki tərəfin bəyanatları ilə başlanıb.

Ermənistanın hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirokosyan deyib ki, yaranmış vəziyyətdə “etnik təmizləmənin” davam etdirilməsinin qarşısının alınması yalnız Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün hədəfli keçid tədbiri ilə mümkün ola bilər.

Onun sözlərinə görə bu, həm də “Naxçıvanda və Azərbaycanın başqa yerlərində olduğu kimi ermənilərin mədəni irsinin silinməsinin” qarşısını almaq üçün lazımdır.

Azərbaycanın hüquqşünaslar komandası oktyabrın 12-də, daha sonra çıxış edəcəklər.

Amma Azərbaycan XİN bundan əvvəl bildirib ki, etnik ermənilər Qarabağdan “öz şəxsi və fərdi qərarları ilə çıxıblar və onların güclə deportasiyası baş verməyib”.

Bu iş üzrə məhkəmə qərarının yaxın həftələrdə elan ediləcəyi gözlənilir. BMT məhkəməsinin qərarlarının yerinə yetirilməsi icbaridir.

***

Oktyabrın 12-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində "Ermənistan Azərbaycana qarşı" işi üzrə dinləmələr başlanır.

Ermənistan sentyabrın 28-də Beynəlxalq Ədalət Məhkəməsində Qarabağdakı vəziyyətlə bağlı İrqi ayrıseçkilik haqqında Konvensiyaya əsasən Azərbaycana qarşı iddia qaldırıb.

Ermənistan istəyir ki, məhkəmə Azərbaycanın Qarabağda qalan etnik ermənilərin oradan deportasiyasına yönəlik istənilən birbaşa və dolayı hərəkətlərdən çəkinmək öhdəliyini təsdiqləsin.

Yerevan ümid edir ki, Bakı Qarabağın indiki və keçmiş siyasi təmsilçiləri, yaxud hərbçilərinə qarşı cəzalandırıcı tədbirlərdən çəkinəcək.

Rəsmi Bakı sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini bəyan edib, birgünlük əməliyyatlardan sonra silahlı dəstələrin tərksilahı üzrə razılıq əldə olunub. Bunun ardınca separatçı rejim özünü buraxdığını elan edib, ermənilərin Qarabağdan axını başlayıb. Ermənistan rəsmiləri bunu "etnik təmizləmə", "deportasiya" adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.

Artıq separatçı rejimin bir sıra keçmiş təmsilçiləri saxlanaraq Bakıya gətirilib. Onlar terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə və digər maddələr ilə ittiham olunur.

Saxlananların ittihamlara münasibəti bəlli deyil.

XS
SM
MD
LG