Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

ABŞ səfirliyi jurnalist Hafiz Babalının həbsinə münasibət bildirib


Hafiz Babalı
Hafiz Babalı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi araşdırmaçı jurnalist Hafiz Babalının həbsinə münasibət bildirib.

Səfirliyin açıqlamasına görə, ABŞ H.Babalının həbsindən, eləcə də son zamanlar jurnalistlərin müşahidə edilən saxlanması tendensiyasından çox narahatdır: "Biz Azərbaycan hökumətini, ifadə və mətbuat azadlığı daxil olmaqla, fundamental azadlıqlardan yararlanan hər kəsin hüquqlarına hörmətlə yanaşmağa çağırırıq".

Araşdırmaçı jurnalist Hafiz Babalı həbs olunub

Dekabrın 14-də Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Hafiz Babalı barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verilib.

İstintaq orqanının təqdimatına əsasən, H.Babalı 3 ay müddətinə həbs edilib. Ona qarşı CM-in 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Amma o, ittihamı qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir

Jurnalistləri Müdafiə Komitəsi Hafiz Babalının həbsini pisləyir

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) araşdırmaçı jurnalist Hafiz Babalının saxlanmasını pisləyib, Azərbaycan hakimiyyətini onu və digər saxlanan jurnalistləri dərhal azad etməyə çağırıb.

"Tanınmış araşdırmaçı jurnalist Hafiz Babalını saxlamaqla Azərbaycan hakimiyyəti real məqsədinin AbzasMedia-nı hədəfə almaq, onun rəsmi korrupsiya iddiaları ilə bağlı davamlı araşdırmalarını susdurmaq niyyətini təsdiqləyir. Azərbaycan hakimiyyəti Babalını, eləcə də digər haqsız saxlanan jurnalistləri dərhal azad etməli, müstəqil mətbuata qarşı əvəzçıxma dalğasını dayandırmalıdır", -- CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid Nyu-Yorkda bildirib.

+++

Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola fon Kramon-Taubadel X platformasında yazdığı postda Azərbaycanda korrupsiyanı araşdıran müstəqil jurnalistlərə qarşı təzyiqləri "qəbuledilməz" adlandırıb.

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

DİN-dən açıqlama

Jurnalist Hafiz Babalı AbzasMedia nəşrinin əməkdaşlarına qarşı cinayət işi çərçivəsində saxlanıb.

Bu barədə "Turan"a Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Jurnalist Hafiz Babalı saxlanıb

Dekabrın 13-də "Turan" agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, araşdırmaçı jurnalist Hafiz Babalı saxlanıb.

Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, jurnalistin Sumqayit şəhərindəki evində axtarış keçirilib, daha sonra isə özü Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.

H.Babalı bundan bir neçə həftə öncə AbzasMedia internet nəşrinin işi üzrə şahid qismində istintaqa çağırılmışdı.

Noyabrın 21-də AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, ictimai fəal Məhəmməd Kekalov və daha sonra jurnalist Nərgiz Absalamova CM-in 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə həbs ediliblər. Onlar ittihamı qəbul etmirlər.

XS
SM
MD
LG