Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:44

Türkiyə 50-dək Türkmənistan vətəndaşını deportasiya edib


İstanbul hava limanı (Arxiv fotosu)
İstanbul hava limanı (Arxiv fotosu)

AzadlıqRadiosunun Türkmən xidmətinin Türkiyə mediasına istinadla verdiyi məlumata görə 50-dək Türkmənistan vətəndaşı Türkiyədən öz ölkəsinə deportasiya edilib.

Xəbər verilir ki, yanvarın 5-8-də İsparta vilayətində miqrasiya xidmətinin apardığı yoxlama zamanı Türkiyədə yaşamaq imkanı verən sənədin əldə olunması üçün sənədləri saxtalaşdıran şəxslər müəyyən edilib.

Xəbərdə deyilir ki, saxlanılan şəxslər atılmış və ya istifadəsiz evlərin kirayəsinə dair sənədlər hazırlayırmışlar.

Sonradan bu sənədlər miqrasiya xidmətinə təqdim olunur və bunların əsasında Türkiyədə yaşamaq hüququ verən şəhadətnamələr əldə olunurdu.

Yoxlama nəticəsində 50-dək şəxsə qarşı saxta sənədlərin hazırlanması ittihamı irəli sürülüb.

Bunlardan ikisi Türkiyə, ikisi Özbəkistan, 46-sı isə Türkmənistan vətəndaşlarıdır.

Türkiyə qaydaları sərtləşdirib

Bu da bildirilir ki, saxta sənədlərin əsasında verilmiş lisenziyalar da ləğv olunub.

AzadlıqRadiosunun Türkmən xidməti – Azattık Türkmənistanın Ankaradakı səfirliyindən sorğusuna cavab ala bilməyib.

Azattık yazır ki, Türkiyə türkmənlərin əmək miqrasiyası üçün ən populyar ölkələrdən biri olaraq qalır.

Lakin 2022-ci ilin sentyabrında Türkiyə Aşqabadın ricası ilə türkmənlər üçün vizasız giriş rejimini ləğv edəndən sonra Türkmənistan miqrantlarının bu ölkədəki vəziyyəti ağırlaşıb.

Türkiyə miqrasiya xidməti indi Türkmənistan vətəndaşlarından yaşayış yerindən arayışdan başqa, həm də bu yaşayış yerində kommunal xərclərin ödənməsinə dair qəbzləri də tələb edir.

Türkiyənin türkmən statistikası

Bundan başqa Türkiyədəki Türkmənistan vətəndaşlaırnın əhəmiyyətli hissəsinin pasportlarının etibarlılıq müddəti qurtarıb.

Onların öz səfirlikləri vasitəsilə pasportlarını təzələmək və ya vaxtını uzatmaq imkanları məhduddur.

Bu da xəbər verilir ki, ötən yaydan Türkiyə hakimiyyət orqanları ümumiyyətlə qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndiriblər.

O vaxtdan bəri minlərlə qanunsuz miqrant Türkiyədən deportasiya olunub.

Türkiyə miqrasiya xidmətinin 31 dekabra olan məlumatına görə bu ölkədə 204 min 841 Türkmənistan vətəndaşı var.

Lakin insan haqları təşkilatları bildirirlər ki, qanunsuz miqrasiya nəzərə alınmaqla real rəqəmlər bundan qat-qat yüksək ola bilər.

XS
SM
MD
LG