Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:30

İşğal olunmuş Lisiçanska zərbə nəticəsində azı 28 nəfərin öldüyü bildirilir


Lisiçanskda zərbədən sonra
Lisiçanskda zərbədən sonra

Ukraynanın işğal olunmuş Luhansk vilayətindəki Lisiçansk şəhərinin atəşə tutulması nəticəsində qondarma separatçı LXR-in fövqəladə hallar “naziri” Aleksey Poteleşşenko həlak olub.

Bu barədə məlumatı “Luhansk Xalq Respulikasının” rəhbəri Leonid Paseçnik verib.

Poteleşşenkonun oğlunun dediyinə görə raket zərbəsi zamanı FHN rəhbəri “Adriatik” restoranında yerli deputatlardan birinin ad günündə imiş.

Aleksey Poteleşşenko
Aleksey Poteleşşenko

Bu da xəbər verilir ki, Lisiçanskın atəşə tutulması nəticəsində iki yerli deputat – Artyom Trostyanskiİvan Juşma həlak olublar.

Bu barədə məlumatı Lisiçansk dairəsinə Rusiya tərəfindən başçı təyin edilmiş Eduard Soxnenko verib.

Bəzi məlumatlara görə “Adriatik” restoranına toplaşanlar məhz deputat Juşmanın ad gününü qeyd edirmişlər.

Ölü sayı arta bilər

Lisiçanskın atəşə tutulmasını hələ fevralın 3-də şəhərin işğal administrasiyası xəbər vermişdi.

Xəbər verilirdi ki, fevralın 4-də xarabalığın altından 28 cəsəd çıxarılıb. Onlardan birinin uşaq olduğu, daha 10 nəfərin yaralandığı xəbər verilir.

Xilasedicilər bildirirlər ki, xarabalıqlar hələ də təmizlənir və tələfat sayı arta bilər.

Zərbə yerində çəkilmiş fotolardan binadakı lövhədə “Adriatik restoranı” yazıldığı görünür. Halbuki Rusiyanın işğal administrasiyası əvvəlcə zərbəyə çörək sexinin məruz qaldığını bildirmişdi.

Yerli sakinlər sosial şəbəkələrdə yazırlar ki, zərbənin əsas hədəfi məhz Rusiya hərbçilərinin istifadə etdiyi bu restoran olub.

Ukrayna zərbəni şərh etmir

Rusiya FHN daha sonra uçmuş ikimərtəbəli binanı, əzilmiş avtomobilləri görüntüləyən video yayıb.

Nazirlik bildirir ki, bir neçə nəfər xarabalığın altından sağ çıxıb. Yaralıların işğal altında olan Luhanskdakı xəstəxanaya yerləşdirildiyi xəbər verilir.

Ukrayna hakimiyyəti hələ ki bu hücumu şərh etməyib.

Ukraynanın Lisiçansk şəhəri Rusiya tərəfindən 2022-ci ilin yayında işğal olunub. Şəhər cəbhə xəttinin 10-15 kilometrliyindədir.

Lisiçanskın Ukrayna hərbi administrasiyası bildirib ki, sözü gedən çörək sexində cəbhə üçün çörək bişirilirdi.

XS
SM
MD
LG