Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

Moskva Yerevan hava limanında Rusiya vətəndaşları ilə pis rəftardan şikayət edib


Zvartnots beynəlxalq hava limanı (Arxiv fotosu)
Zvartnots beynəlxalq hava limanı (Arxiv fotosu)

Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının sədri Valeri Fadeyev Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyana müraciət edərək Yerevanın Zvartnots beynəlxalq hava limanında Rusiya vətəndaşlarına “ayrıseçkiçi münasibətdən” şikayətini bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, şura Rusiya vətəndaşlarından çoxsaylı şikayətlər aldığını bildirib.

Onlar hüquqlarının Ermənistanın FlyOne airline hava şirkətinin əməkdaşları və hava limanının işçiləri tərəfindən pozulmasından şikayət edirlər.

Ermənistan səfirliyinə göndərilmiş məktubda deyilir:

"Açıq mənbələrdə dərc olunmuş məlumatlarla tanış olduqdan sonra biz bu nəticəyə gəlmişik ki, sözü gedən insidentlər təsadüfi hal deyil. Biz sizdən sözü gedən informasiyanın, habelə Rusiya vətəndaşları ilə bağlı belə halların yolverilməzliyinə dair rəyimizin Ermənistanın səlahiyyətli orqanlarına çatdırmağı rica edirik”.

Milli zəmində təhqirlər

Fadeyev öz məktubunda başqa ölkələrdən Yerevandan keçərək Moskvaya gedən sərnişinlərlə bağlı insidentlərdən bəhs edir.

İddia olunur ki, məsələn opera müğənnisi Svetlana Kasyan və onun azyaşlı qızı Almaniyaya səfərdən qayıdarkən onlara Yerevandan Moskvaya uçan təyyarədə yer verilməyib, üstəlik ayaq üstə uçmaları təklif olunub.

İyunun 3-də Roma-Yerevan-Moskva marşrutu ilə uçan sərnişinlər təyyarənin Romadan gec çıxmasına görə Yerevan-Moskva reysinə gecikiblər:

"Lakin onların problemlərini həll etmək əvəzinə aeroport nümayəndələri heç bir səbəb göstərmədən sərnişinləri saxlayıblar və polis məntəqəsində gözləməyə məcbur ediblər. Sərnişinlər təhlükəsizlik xidməti əməkdaşları tərəfindən milli zəmində çoxsaylı təhqirlərə hədəf olublar”.

Azatutyun xatırladır ki, Ermənistan hökumətinin bundan əvvəl verdiyi qərara uyğun olaraq Rusiya sərhədçiləri avqustun 1-dən Yerevanın Zvartnots hava limanını tərk etməlidirlər.

Hakimiyyət bildirir ki, bundan sonra hava limanına Ermənistanın öz sərhədçiləri nəzarət edəcəklər.

XS
SM
MD
LG