Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:21

Araşdırma: Çeçenistan homoseksualları Ukrayna müharibəsinə göndərir


Sankt Peterburqda Çeçenistanda LGBT nümayəndələrinə qarşı zorakılqılara etiraz aksiyası
Sankt Peterburqda Çeçenistanda LGBT nümayəndələrinə qarşı zorakılqılara etiraz aksiyası

Çeçenistanın güc strukturları azı 7 homoseksualı şantaj yolu ilə Ukrayna müharibəsinə getməyə məcbur ediblər.

Bu barədə məlumatı verən “SK SOS” böhran qrupu bildirir ki, belə bir sxemdən Çeçenistanda hələ 2022-ci ilin qismən səfərbərliyindən əvvəl istifadəyə başlayıblar.

İnsan haqları müdafiəçilərinin məlumatına görə bu LGBT icması nümayəndələrindən biri artıq həlak olub.

Xəbər verilir ki, homoseksual oriyentasiyada şübhəli bilinən kişiləri qondarma cinayət işləri ilə təcridxanaya salıblar.

Böhran qrupu bildirir ki, alternativ olaraq həmin şəxslər ya azadlıqlarını təxminən 1.5 milyon rubla satın almalı, ya da könüllü olaraq müharibəyə getməli idilər.

Seçimsiz seçim

“SK SOS” qrupunun direktoru David İsteyev 2023-cü ilin iyulunda AzadlıqRadiosuna demişdi ki, LGBT icmasının nümayəndələri saxlandıqda onların qarşısında seçim qoyulurdu: ya həbsxanaya, ya da Ukrayna müharibəsinə getmək. Həbsxananı seçənləri onların barəsində məlumatı başqa məhbusların arasında yaymaqla hədələyirdilər:

"Deyə bilərəm ki, heç də hamı həbsxananı seçmir. Cəbhəyə gedənlər də olur. Əgər orada onların homoseksual olduqları barədə məlumat verilirsə, belələrini “alçaldır” və seks oyuncağı kimi istifadə edirlər. Adamların öldürüldüyü hallar da olur. Bizim praktikamızda təsdiq edilmiş belə bir hal olub. Adam gedib və qayıtmayıb. Halbuki o, ailənin yeganə oğul övladı idi”.

Çeçenistanda gey və lesbianların hüquqları ilə bağlı vəziyyət gərgin olaraq qalır. İnsan haqları müdafiəçiləri onlara respublikadan çıxıb başqa ölkələrə getməkdə kömək edirlər.

Məsələn 2022-ci ilin iyulunda “Rusiya LGBT şəbəkəsi” Saleh Maqamadova və İsmayıl İsayevə Nijni Novqoroda keçməkdə köməklik göstərib.

Yeniyetmələr oradan xaricə getmək niyyətində idilər, lakin onları saxlayaraq Çeçenistana qaytarıblar.

2022-ci ilin fevralında Maqamadov və İsayev 8 və 6 il müddətlərinə azadlıqdan məhrum ediliblər.

XS
SM
MD
LG