Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

«Amnesty International» gənc fəallara qarşı təqibləri pisləyir


«Amnesty International»
«Amnesty International»
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» 2 aprel aksiyası ərəfəsində gənc fəallara qarşı təqiblərlə bağlı bəyanat verib.

«Amnesty International» Azərbaycanda ictimai fəallara və jurnalistlərə qarşı hədə-qorxu və zorakılıq hallarının artmasından dərin narahatlıq keçirir.

«Görünür, bu meyl Azərbaycan hakimiyyətinin istənilən tənqidi fikri boğmaqda qərarlı olduğunu göstərir».

«Amnesty International» Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı öhdəliklərinə hörmət etməyə, fəallara və jurnalistlərə qarşı hədə-qorxulara son qoymaq üçün dərhal tədbirlər görməyə çağırır.

Bəyanatda bildirilir ki, hakimiyyət 2 beynəlxalq insan hüquqları təşkilatını da hədəfə alıb. Həmin təşkilatların qeydiyyatla bağlı qanunvericiliyin tələblərinə cavab vermədiyi iddia olunur. Bu səbəbdən onlardan Azərbaycanda fəaliyyətlərini dərhal dayandırmaq tələb edilib:

«Martın 10-da Ədliyyə Nazirliyi Norveçin İnsan Hüquqları Evinin Azərbaycan bölməsinə məktub göndərərək tələb edib ki, QHT-lər haqqında qanuna 2009-cu ilin iyununda edilmiş dəyişikliklərə uyğun gəlmədiyi üçün fəaliyyətini dayandırsın. Bundan bir ay əvvəl - fevralın 10-da polis təşkilatın ofisinə gələrək, onları yerləşdikləri binadan çıxarmaqla hədələyib. Bu insident təşkilatın Cabbar Savalanın həbsi ilə bağlı mətbuat konfransı keçirməsindən az sonraya təsadüf edib. Polis həmin vaxtdan təşkilatın işçilərinə ofisə daxil olmamaq haqda xəbərdarlıq edib».
XS
SM
MD
LG