Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

«Amnesty International»: «Hakimiyyət toplaşma azadlığının boğulmasına son qoymalıdır»


«Amnesty International»
«Amnesty International»
«Azərbaycan hakimiyyəti toplaşma azadlığının boğulmasına son qoymalıdır».

Bunu beynəlxalq hüquq müdafiə təşkilatı – «Amnesty International» aprelin 2-də Bakıda keçirilən etiraz aksiyasının dağıdılmasından sonra bildirib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini John Dalhuisen bildirib ki, Azərbaycanda hakimiyyət ictimai toplaşma azadlığına mane olur:

«2 Aprel aksiyası hakimiyyətin hər hansı formada ictimai etiraza yol verməməsinə adamların reaksiyası olub.

Mitinqi təşkil etmiş İctimai Palata bəyan edib ki, 150-dən çox adam saxlanılıb. Mitinq müxalifət partiyaları və «Facebook» istifadəçiləri tərəfindən təşkil olunub.

Polis şəhərin mərkəzinə gələnləri dağıdıb, dəyənəkdən istifadə edib. Bir neçə jurnalist və operator saxlanıb.

Bundan əvvəl isə hakimiyyət aksiyada iştiraklarının qarşısını almaq məqsədi ilə bir neçə gənci saxlayıb, bəzilərini evlərindən oğurlayıb. Onları oğurlayanlar mülki geyimdə olublar və özlərini təqdim etməyiblər. Azərbaycan Dövlət Televiziyası bildirib ki, bu etirazları Azərbaycanda sabitliyin pozulmasını istəyən xarici ölkələr təşkil edib.

Aksiyanın əsas təşkilatçılarının əvvəlcədən saxlanması və qapalı məhkəmə proseslərində məhkum olunması faktı hakimiyyətin fərqli düşünənləri susdurmaq üçün nələrə əl atmağa hazır olduğunu göstərir», - deyə J. Dalhuisen bildirib.
XS
SM
MD
LG