Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Polis şüşə sındıranları niyə tutmadı?


2 aprel aksiyasından görüntülər - 3
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00
Direct-ə keçid

Polis müxalifətin 2 aprel aksiyasının qarşısını aldı

Aprelin 2-də İctimai Palatanın mitinqində ictimai asayişi qorumağa cəlb edilmiş hüquq- mühafizə işçilərinin əlindən nə uçan xilas ola bilirdi, nə də qaçan. Amma mağazaların şüşələrini sındıranları «gördüm» deyən olmadı. Aksiya günü AzadlıqRadiosunun əməkdaşının şüşə sındıranların şahidi olan polislə dialoqu:

- Niyə tutmadınız onları, buraxdınız getdilər?


- Görmədiniz, dallarınca qaçdıq.

- Bəs müxalifətçiləri tuturdunuz...

- Gördüz hara qədər getdik?

- Müxalifətçiləri tuturdunuz, amma orda hər tərəfdə polis vardı, tuta bilmədiniz.

- Siz yaradırsınız, siz, şəxsən siz yaradırsınız bu hadisəni.

«POLİS NİYƏ BURAXDI ONU?»

«Polis şüşə sındıranı niyə tutmadı?» Bu sualı mağaza şüşələrinin sındırılmasına şahid olan Həsrətqulu Muradov verir:

«Mən burda dayanmışdım. Burda daş doldurmuşdular. Onlar o tərəfdən gəldilər, vura-vura, sındıra-sındıra qaçdılar. Polis qaçdı, orda tutdu, niyə buraxdı onu?»

-Siz özünüz gördünüz polisin buraxmağını?

-Bəli, sual verirlər, niyə buraxıb onu? Tutmuşdu, aparaydı.

-Qaçmadı heç dalınca.

-Yalandan «Azadlıq», «Azadlıq» qışqırırdılar. Burda uzun dəmir də var idi.

«Mister-komp» kompüter və aksessuarlar mağazasının sahibi Ceyhun Rəsulov deyir ki, mağazası daşa basılanda o içəridə olub:

«Hələ ki, kompüterlər gedib ekspertizaya. Qiymətləndirəcəklər, sonra yəqin ki, kompensasiya verərlər. Biz içəridə idik, görməmişik. Məsələn, polislər deyir, kimlərsə tutulub. Dövlət orqanları gəliblər, yazıblar, pozublar, kompüterləri götürüblər ekspertizaya».

«KAMERALARDA VAR»


Şüşəsi daş-qalaq edilən valyutadəyişmə məntəqəsinin əməkdaşı Alim Qasımov deyir ki, obyektinə ümumilikdə 500 manatlıq zərər dəyib. Zərər vuranın kimliyindən isə xəbər tuta bilməyiblər:

«Onlar buradan sındıra-sındıra gəlib, bura da qayıdırlar. Qayıdıb bura dönürlər. Polislərsə gedib yığılır ora. Kameralarda var, bunu məndən soruşmağın nə mənası var?»

Daxili İşlər Nazirliyinin sözügedən ərazidə videomüşahidə qurğuları var. Kameraların obyektivinə şüşələri sındırılmış mağazalar da düşdüyündən daş atan, armaturla qapı-pəncərə sındıranların kimliyini görüntülərdən əldə etmək mümkündür. Alim Qasımovun da təəccübünə səbəb olan odur ki, niyə bu kameralardakı görüntülər açıqlanmır?

«Cinayətin qarşısını almaq üçün o boyda pulu silib onu ora qoyublarsa, deməli ordan çıxartsınlar da. Gəlib küçədə keçəndən, siqaret çəkəndən müsahibənin nə mənası var? Onu nə üçün qoyublar? O əgər tutmursa, nə üçün qoyublar? Büdcədən bu pul niyə silinib? Budur, iki dənə nə boyda kamera var orda...»

«GÖRÜNTÜLƏR YOXDUR, İFADƏLƏRƏ BAXSINLAR»

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, televiziyaların istintaqın, məhkəmənin açıqlaması olmadan şəhərdə obyektlərin dağıdılması ilə bağlı ittihamlar irəli sürməsi qanun pozuntusudur:

«Həmin gün ictimai asayişi qorumaq üçün kifayət qədər hüquq-mühafizə orqanları, kifayət qədər polis oraya cəlb olunmuşdu. Əgər orda artıqlaması ilə polis işçisi, mülki paltarlarda əməliyyat müvəkkilləri varsa, niyə qoruya bilmədilər? Kameralar var, lap gözəl, görüntülərə baxsınlar. Görüntülər yoxdur, ifadələrə baxsınlar. İfadələr yoxdur, həmin obyekt olan küçəyə kim məsuliyyət daşıyıb, onu çağırsın. Kameraların fəaliyyətinə kim nəzarət edir? ona nəzarət edən qurum var».

Yol hərəkətinə videonəzarətin həyata keçirilməsi Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin səlahiyyətindədir. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, fakt üzrə istintaq-əməliyyat qrupu yaradıldığı üçün kameralardakı görüntülərlə bağlı suallara DİN nümayəndəsinin cavab vermək səlahiyyəti yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, aprelin 2-dən başlayan istintaq bu istiqamətdə bütün suallara aydınlıq gətirəcək.
XS
SM
MD
LG