Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:19

Mirzə Fətəli Axundov. A.C.Puşkinin ölümünə Şərq poeması















Gecə etdim uyqumu kənar,
Sordum:
“Ey sir çeşməsi-ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş.
Hanı xəyal qasidin, o yüngül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöfşəliyə
Bağda odlu qönçələr açmış budaqlar.
Çöl gəlini bəzənmiş; dağlar onunçün
Ətək-ətək çiçəkdən cəvahir saçar.
Başını tac qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar.
Süsən, zanbaq içirlər æalə şərabdan.
Lalə qədəhlərində təkrar...təkrar...
Göy çəməni yasəmən öylə donatmış,
Nərgizin süzgün gözü baxsa qamaşar.
Dimdiyində töhfəsi-gül yarpağından
– Xoş gəldin, deyə bülbül ötər bəxtiyar.
Bəstəkəmər buludlar sular gülşəni.
Ətirli dan yelləri olmuş bir əttar.
Yumşaq səslərlə quşlar deyir səbzəyə;
– Götür torpaq pərdəni üzündən, ey yar!
Həpsinin əli dolu, həpsi sevdalı,
Bu bazarda nə dürlü məta desən var.
Kimi gözəlliyilə cilvə göstərib,
Kimi fəğanla eylər eşqini izhar.
Keçirməkdə vaxtını şənliklə həpsi,
Həpsi qəmdən, qüssədən eyləmiş fərar.
Bu şadlıqdan, ey könül, nəsibsiz qalıb,
Sənsən ancaq olmayan uyqudan bidar.
Ürəyində həvəs yox, başında sevda,
Dolaşırsan şöhrətdən, xəyaldan kənar.
Söylə, sən haman könül deyilmisən ki,
Dür sözlərçin fikirlər bəhrinə cumar.
Məna gözəllərindən ötrü yapardın,
Inci düzümlərindən zinəti-rüsxar?
Bəs məlamət nədir, bu məlal nədir,
Nədir varlığa qarşı bunca iğbirar?..
Könlüm dedi:
“Ey mənim təklik yoldaşım,
Var, get, bir də toxunma hissimə zinhar!..
Çəmən qızları kimi, mən bilməmişdim
Yaz yelinin dalınca payız yeli var.
Söz atını qovub da, qılınc dilimlə
Adından hər tərəfdə çəkəcəyəm car.
Bizim axırımız da bəllidir bu gün
Bu vəfasız dövrana yoxdur etibar.
Ağılsızdır o quş ki, tordan çıxarkən,
Danəyçin olur yenə tora giriftar.
Bu nə şandır ki, bilməm güclü sədası
Səma boşluqlarında şiddətlə gurlar.
Başqa xəyal etmə ki, bəllidir, fələk
Əhliylə daim eylər tərsinə rəftar.
Ey dünyadan xəbərsiz, eşitmədinmi
Söz ordusu başçısı Puşkindən əxbar?
O Puşkin ki, nüktəyə başlayan zaman
Hər bucaqdan qopardı coşğun alqışlar?
O Puşkin ki, kağız da qaralanırdı,
Qələmi etsin deyə, üstündən güzar?
Xəyalı, tavus kibi, bərli-bəzəkli,
Sözdən qərib naxışalr eylərdi izhar?
Həzm evini süsləyən Lomonovdu.
Orda Puşkin xəyalı oldu bərqərar.
Deræavin2 tutmuşdusa sözün mülkünü,
Yerində Puşkin oldu nəzmilə muxtar.
Camə bilik meyini tökdü Kapamzin3
Puşkinə qismət oldu o cami-gülnar.
Çar kibi, Çindən tutub Tatara qədər
Dolaşırdı şöhrəti diyarbədiyar.
Şimalın göylərində – Şərq hilalı tək –
Barmağı bir işarə eylərdi ixtar.
Bu dildə, bu zəkada bir oğul hələ
Görməmiş “yeddi” ata, “dörd” ana zinhar.
Təəccüblə dinlə ki, böylə valideyn
Sərt davranıb, etmədi bu sərtlikdən ar.
Onu əcəl oxuna nişan qoyub da,
Varlığını eylədi ölüm tarimar.
Zülm, qara buludlardan dolu yağdırıb,
Tökdü ömür barını etdi xakisar.
Söndürdü əcəl yeli çıraq ruhunu.
Susqun gecələr kimi, cismi oldu tar.
El bağında, əlində sitəm külüngü
Cavan belini qırdı zalim ruzigar.
Incili mənaların məxzəni bir baş
Olmuş ilan məskəni, bir xarabazar.
Cisminin yuvasından uçdu can quşu,
Böyük, kiçik qəmindən çəkdi ahu-zar.
Bülbül, təbinə həmdəm – qönçə könlündən
Xəbər verməz torpaqdan baş çıxarsa xar.
Rus torpağı yas tutub, fəğan qılır ki.
– Ey qatillər əlilə ölən namidar.
Qurtulmadın zamanın qanlı şərindən,
Tilsimin də olmadı səən həvadar.
Sən ki, çıxdın dostların əlindən, buraq,
Üstündə haqq rəhməti olsun sayədar.
Torpağına saçmağa iki gül ətri,
Qopar Baxçasaraydan bir incə rüzgar,
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz
Səbuhinin şerilə yasını saxlar.
XS
SM
MD
LG