Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

Avropa İttifaqı Bakıya tənqid bəyanatı göndərib


Azərbaycan polisi Bakıda müxalifət fəallarının öz tələblərini səsləndirmələrinə imkan vermir, 15 may 2010
Azərbaycan polisi Bakıda müxalifət fəallarının öz tələblərini səsləndirmələrinə imkan vermir, 15 may 2010
TUTULANLAR DƏRHAL AZAD EDİLSİN...

Avropa Birliyi Azərbaycanda fundamental azadlıqlardan vətəndaşların istifadə etməsində problemlərdən narahatlığının davam etdiyini bildirir. Təşkilatın aprelin 7-də yaydığı bəyanatında Bakıda gənc fəalların həbsinə dair 17 mart tarixli bəyanatını xatırladaraq yazır: “Avropa İttifaqı narahatlıqla qeyd edir ki, Bakıda aprelin 2-də keçirilmiş dinc nümayiş sistematik olaraq dağıdılmış, çox sayda iştirakçılar saxlanıb və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza alıblar. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd journalist müvəqqəti həbs olunub.

Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunmuş və ya ev həbsində saxlanıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularına görə ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq”.

JURNASLİTLƏRİ DÖYƏNLƏR TAPILSIN...

Bundan başqa, Avropa İttifaqı Azərbaycanı jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların öz işlərini təhlükəsiz şəraitdə görmələri üçün zəruri şərait yaratmağa çağırır: “Bu kontekstdə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyev və Ramin Dekonun qəddarlıqla döyülməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatını dəstəkləyirik, və Azərbaycanın hakimiyyət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq”.

ÖHDƏLİKLƏRƏ ƏMƏL OLUNSUN...

Sənəddə daha sonra qeyd edilir ki, bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir. Ona görə ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı onun hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladaraq Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırlar.

Bəyanatda bildirilir ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.

Yekunda, Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.

Azərbaycan rəsmiləri etiraz askiyalarında əksinə müxalifət fəallarının zorakılıq törətdiklərini, mağazaların şüşüələrini sındırdıalarını bildirirlər. Hökumət israrla Azərbaycanda toplaşma və söz azadlığına heç bir məhdidiyyət olmadığlnı bildirir, xarici təşkilatların bu mövzuda Bakıya tənqidlərini isə Azərbaycana təzyiq cəhdləri adlanaırır.

RƏSMİ MÖVQE

«YOL GÖSTƏRMƏK, DÖVLƏTİN, MİLLƏTİN İŞİNƏ QARIŞMAQ KİFAYƏTDİR»

«Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirmək iddiasında olan qurumlar anlamalıdırlar ki, hansısa bir üstünlük, hansısa bir fərq mövqeyindən Azərbaycanla çıxış etmək olmaz».

Bu fikirləri Avropa İttifaqının Azərbaycana dair son bəyanatına münasibət bildirərkən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

«Azərbaycan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatçısıdır. Azərbaycan siyasi baxımdan ən sabit, iqtisadi baxımdan tərəqqi edən bir dövlətdir. Bu dövlətlə başqa dillə danışmağa heç bir Azərbaycan vətəndaşı imkan verməz, nəyinki siyasi və rəsmilər. Yol göstərmək, inkişafı müəyyən etmək, insanların taleyi ilə bağlı məsləhət vermək, dövlətin, millətin işinə qarışmaq kifayətdir».

R. Aslanovanın fikrincə, Avropa İttifaqı Azərbaycana məsləhət verməkdənsə, yaxşı olar Avropanın özünün daxilindəki problemlərin həlli yolunda addımlar atsın.
XS
SM
MD
LG