Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:08

Qərb diplomatları müxalifət liderləri ilə görüşüblər


Polis müxalifətin keçirdiyi etiraz askiyası iştirakçılarından birini saxlayır, 2 aprel 2011
Polis müxalifətin keçirdiyi etiraz askiyası iştirakçılarından birini saxlayır, 2 aprel 2011
Aprelin 8-də Azərbaycandakı səfirlik və beynəlxalq təşkilatları təmsil edən 20-yə yaxın diplomatla İctimai Palata təmsilçiləri arasında görüş olub. Avropa Birliyi, ATƏT, Avropa Şurası, eləcə də Qərb səfirliklərinin nümayəndələri müxalifət liderləri ilə iki saatdan artıq müzakirələr aparıblar.

Müsavat partiyasında keçirilən görüşdə İctimai Palata təmsilçisi olan AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər və AMİP sədri Yusif Bağırzadə iştirak edib.

Əli Kərimlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, diplomatlarla 2 aprel mitinqi və ondan sonrakı hadisələr, sərbəst toplaşma azadlığı, siyasi məhbuslar, bundan başqa Azərbaycanın avroatlantik məkana inteqrasiyası və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Son vaxtlar daha da intensivləşən basqılar, Avropa İttifaqının, ATƏT-in daimi şurasının bəyanatı, demək olar ki, ölkənin bu günü və gələcəyinə aid olan məsələlərin hamısı müzakirə olundu”.

Əli Kərimlinin deməsinə görə, mitinqlər də müzakirə olunub. Onlar İctimai Palata adından bildiriblər ki, mitinqlərin razılıqla və şəhərin uyğun yerlərində keçirilməsini istəyirlər.

“Biz dinc aksiyaların keçirilməsinə tərəfdar olduğumuzu bildirdik. Biz diplomatlara bildirdik ki, sivil islahatların tərəfdarıyıq, qarşıdurmalar olmadan köklü dəyişikliklərə nail olmaq istəyirik. Qeyd elədik ki, hakimiyyət bu münasibətləri qanun və sivil qaydalardan çıxarır”.

Əli Kərimlinin sözlərinə görə, diplomatlarla görüş indiyə qədər keçirilən müzakirələr nəticəsində baş tutub.

Görüşdə ATƏT-in Baki ofisinin rəhbəri Ali Bilgə Cankorel də iştirak edib.
XS
SM
MD
LG