Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

Hacı Məmmədov, Kamil Sədrəddinov, Zakir Nəsirov və daha 7 nəfər ömürlük cəza aldılar


Hacı Məmmədov və digər 26 nəfərə hökm oxunub
Hacı Məmmədov və digər 26 nəfərə hökm oxunub

Yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfərə hökm oxunub.


Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəsi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.


Zamində olan üç nəfərdən biri - İbrahim Bağırovun işi xətm edilib. Digər iki nəfər – Azər Əliyev və Aqil Hüseynov isə iki il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilib.


Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev isə 9 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, Elçin Əliyev və ömürlük həbs cəzası almış şəxslərin hamısının əmlakı müsadirə olunub.


Zakir Nəsirov və Kamil Sədrəddinov isə təltiflərdən və rütbələrdən məhrum ediliblər.


Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər.


Dəstənin məhkəməsi ötən ilin iyulunda başlamışdı.


XS
SM
MD
LG