Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Redaktorun vəkili apellyasiya şikayəti verib


Daxili İşlər Nazirliyindən jurnalistin həbsi barədə onlarda məlumat olmadığını bildirirlər
Daxili İşlər Nazirliyindən jurnalistin həbsi barədə onlarda məlumat olmadığını bildirirlər

İnformasiya agentlikləri «Tolışi sado» qəzetinin redaktoru, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutun bölmə müdiri Novruzəli Məmmədovun həbs edilməsi barədə məlumat yayıb. Polisə müqavimət göstərdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən jurnalistə 15 sutkalıq həbs cəzası verilib. Novruzəli Məmmədovun küçədə həbs edildiyi bildirilir.


Məlumatlara görə, məsələ ilə bağlı bir qrup talış Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıya müraciət edib. Jurnalistin qohumları isə «Tolışi sado» qəzetində dövlətçilik əleyhinə heç bir məqalə yazılmadığını bildirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov «Media forum»a jurnalistin həbsi barədə onlarda məlumat olmadığını bildirib. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev prokurorluqda Novruzəli Məmmədov barəsində cinayət işi qaldırılmadığını və bu barədə məlumatsız olduğunu deyib.


VHP sədri, deputat Sair Rüstəmxanlı da hələlik ona heç kimin müraciət etmədiyini deyib. Yasamal Rayon Məhkəməsindən isə bu barədə heç bir açıqlama verə bilməyəcəklərini bildiriblər.


Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov Apellyasiya Məhkəməsinə müraciət edib. Vəkil müdafiə etdiyi şəxsin həbsi üçün heç bir əsas olmadığını deyir.


XS
SM
MD
LG