Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

«Azərbaycan ciddi sınaq qarşısındadır»


Culi Finli siyasi azadlıqlar məsələsini Azərbaycanın «zəif tərəfi» adlandır
Culi Finli siyasi azadlıqlar məsələsini Azərbaycanın «zəif tərəfi» adlandır

«Azərbaycanda ölkənin gələcəyi ilə bağlı maraqlı müzakirələrim oldu»- bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli Azərbaycana ilk rəsmi səfəri barədə «Azadlıq» Radiosuna müsahibəsində bildirib.


Onun sözlərinə görə, Azərbaycan ciddi sınaq qarşısındadır: «Azərbaycan unikal vəziyyətdədir. 20 ildən sonra neft resursları tükənəcək. Bu isə o deməkdir ki, Azərbaycanın neftdən ən yaxşı yolla faydalanmaq üçün çox az vaxtı var. Neftdən gələn maliyyənin idarə olunması isə məncə, ən ciddi sınaqdır».


Prezident və Xarici İşlər naziri ilə görüşlərdə aparılan müzakirələrə toxunan amerikalı diplomat deyib ki, «prezident ölkədə yoxsulluğun aradan qaldırmaq istədiyini bildirib».


Amerikalı diplomat Bakıya səfəri zamanı istər hökumət təmsilçiləri, istərsə də müxalifət partiyalarının liderləri ilə ölkədəki siyasi azadlıqlarla bağlı yaranmış vəziyyətin müzakirə olunduğunu təsdiqləyib. Bu məsələləri Azərbaycanın «zəif tərəfi» adlandıran diplomat bildirib ki, xarici dövlətlər Azərbaycan hökumətini demokratiya doğru hərəkat etməyə çağırmaqda davam etməlidirlər. «Kiçik irəliləyiş olduğuna görə, hamı kənara çəkilib-sizə uğurlar olsun-deməməlidir. Əksinə, təzyiq saxlanılmalıdır».


«Əgər Azərbaycan sözün əsl mənasında beynəlxalq aləmdə həmişəlik lider və güclü ölkə olmaq istəyirsə-mütləq demokratik ölkələrin qəbul etdiyi prinsiplərə əməl etməlidir. Azərbaycan özü ATƏT-ə qoşulmaqla bu prinsipləri qəbul edib».


XS
SM
MD
LG