Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Hacı Məmmədovun apellyasiya şikayətinə mayın 29-da baxılacaq


Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir
Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir

Ağır qətllər və adam oğurluğunda ittiham edilən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin apellyasiya şikayətinə mayın 29-da baxılacaq. Bu barədə «Azadlıq» radiosuna Hacı Məmmədovun vəkili Səməd Əliyev məlumat verib. Mayın 15-də hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən hazırlıq iclasında bu barədə qərar verilib.


Hacı Məmmədovla birgə həbs edilənlərdən yalnız İbrahim Bağırov apellyasiya şikayəti verməyib.


Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir. Dəstə 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi ötən ilin iyulunda başlamışdı. Onlara 2007-ci ilin yanvarında hökm oxunub. Hacı Məmmədov və digər 9 nəfər ömürlük, qalanları isə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG