Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Fərhad Əliyev televiziyaları düzgün məlumat verməməkdə qınayıb


Avqustun 14-də sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, «Azpetrol»un keçmiş rəhbəri Rafiq Əliyevin və daha 17 nəfərin məhkəmə prosesi davam edib. Sabiq nazir telekanalları proses haqda düzgün məlumat verməməkdə qınayıb. O, deyib ki, efirdə yalnız ittiham barədə yazılanları verirlər. Əliyev bildirib ki, ya televiziyalar düzgün informasiya versinlər, ya da onlar məhkəmə zalına buraxılmasınlar. Hakim Tofiq Paşayev isə deyib ki, telekanalların efirdə nə verdiyini izləmək onların işi deyil.


Prosesdə həmçinin avqustun 13-də ifadəsi yarımçıq qalmış Hüseyn Allahverdiyev adlı şahidin dindirilməsi davam edib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və «Azpetrol»un keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs edilib. Onlar vəzifə cinayətləri və korrupsiyada ittiham olunurlar.


XS
SM
MD
LG