Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:45

Prokuror Fərhad Əliyevə 11 il iş istəyib


Bir həftəlik fasilədən sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, onun qardaşı Rafiq Əliyev və digərlərinin məhkəmə prosesi davam edib. Prosesdə dövlət ittihamçısı Nazir Bayramov təqsirləndirilən şəxslərə iş istəyib. O, sabiq nazir Fərhad Əliyevi qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadə də, mütəşəkkil cinayətkar dəstə yaratmaqda və s. ittiham edib. Nazir Bayramov Fərhad Əliyevə 11 il, qardaşı, «Azpetrol» Şirkətinin keçmiş prezidenti Rafiq Əliyevə isə əmlakı müsadirə olunmaqla 10 il iş istəyib.


Sabiq nazirin vəkilləri isə məhkəmə istintaqının obyektiv aparılmadığını iddia edərək, onun təzələnməsi barədə vəsatət qaldırıblar. Ancaq vəsatət təmin olunmayıb. Fərhad Əliyev isə deyib ki, məhkəmə siyasi sifarişlə işləyir, hansı sifariş veriləcəksə, o sifariş əsasında da hökm çıxarılacaq.


XS
SM
MD
LG