Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

«Rövşən Əliyevin oğlunu aradan götürmək sifarişi almışdım»


Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstənin apellyasiya şikayətinə baxılır
Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstənin apellyasiya şikayətinə baxılır

«Kriminalist Rövşən Əliyevin qətlindən sonra onun oğlu Rainin aradan götürülməsi sifarişini almışdım»- noyabrın 2-də keçirilən məhkəmə prosesində Hacı Məmmədov belə deyib. O, vurğulayıb ki, bu işdə Zakir Nəsirov sifarişçi deyil, yalnız vasitəçi olub.


Hacı Məmmədov Rövşən Əliyevin həyat yoldaşına oğlunu Bakıdan aparmaqla bağlı xəbərdarlıq edib. «Mənim əvəzimə bunu başqa qrupa sifariş edə biləcəkləri tamamilə mümkün idi», - deyə Məmmədov bildirib.


Sonra Hacı Məmmədov və vəkil Adil İsmayılov Rain Əliyevin qətlinə cəhd faktı üzrə cinayət işi açmağı xahiş ediblər. Lakin məhkəmə bu xahişə reaksiya verməyib.


Apellyasiya Məhkəməsində Daxili İşlər Nazirliyinin yüksək rütbəli sabiq zabiti Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstənin şikayətinə baxılır. Onlar adam oğurluğu, qətllər törətməkdə və s. ağır cinayətlərdə ittiham olunurlar. Dəstə üzvlərinin bir çoxu ömürlük, bəziləri isə üzün müddətə azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG