Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

«Biz qatillərin dərhal tapılmasını tələb edirik»


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib
«Qətl hadisəsindən 3 il keçməsinə baxmayaraq bu cinayəti törədənlər tapılmayıb. Bu istiqamətdə heç bir iş görülmür. Biz qatillərin dərhal tapılmasını tələb edirik». Elmar Hüseynov Fondunun bu bəyanatı martın 2-də mərhum jurnalistin məzarını ziyarət vaxtı səsləndirilib.


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov mərhum baş redaktora abidə qoyulması ilə bağlı icra hakimiyyətinə müraciət edəcəklərini bildirib. Anım mərasimində iştirak edənlər müraciətə imza atıblar.


Hüquq müdafiəçisi Arzu Abdullayeva çıxışında bildirib ki, dövlət başçısı səviyyəsində söz verilməsinə baxmayaraq bu vaxta kimi istintaqın nəticəsi yoxdur.


Martın 2-də jurnalistin məzarını onun həmkarları, siyasi partiya liderləri, siyasətçilər, ictimaiyyət fəalları ziyarət ediblər. Anım mərasiminə Amerika səfiri Enn Dersi də qatılıb.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi tapılmayıb. O, hakimiyyəti kəskin tənqid edirdi.



Kompyuterinizə yükləyin


XS
SM
MD
LG