Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Əliyev qardaşlarının şikayəti təmin edilmədi


Fərhad Əliyev və qardaşı 10 il azadlıqdan mərhum ediliblər
Fərhad Əliyev və qardaşı 10 il azadlıqdan mərhum ediliblər

Mayın 27-də Ali Məhkəmədə keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı, «Azpetrol» Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əlyievin Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdikləri kassasiya şikayətinə baxılıb.


Bu barədə «Media forum» saytına məlumat verən sabiq nazirin vəkili İsaxan Aşurov deyib ki, hakim Müzəffər Ağazadə şikayətin təmin olunmaması haqda qərar çıxarıb.


Martın 29-da Bakı Apellyasiya Məhkəməsi Əliyev qardaşlarının şikayətinə məhkəmə baxışının istintaq təzələnmədən aparılmasını qərara alıb. Bundan sonra sabiq nazirin və sabiq şirkət prezidentinin müdafiəçiləri kassasiya şikayəti verərək qərarın əsassız olduğunu, onun müdafiə hüququnu, məhkəmə araşdırmalarının tam, hərtərəfli və obyektiv aparılması prinsipinin pozulduğunu iddia ediblər. Onlar qərarın ləğv edilməsini istəyirdilər.


Fərhad Əliyev və qardaşı dövlət əmlakını mənimsəmə, rüşvətxorluq və s. təqsirli bilinərək 10 il azadlıqdan məhrum ediliblər.


XS
SM
MD
LG