Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Tehran İnqilab Məhkəməsi doqquz azərbaycanlıya hökm oxuyub


Barəsində hökm çıxarılanlar arasında Saleh Kamrani və Səid Mətinpur da var
Barəsində hökm çıxarılanlar arasında Saleh Kamrani və Səid Mətinpur da var

İyunun 10-da Tehran İnqilab Məhkəməsinin 115-ci şöbəsində hakim Sələvatinin sədrliyi ilə keçən məhkəmə prosesində 9 azərbaycanlıya hökm oxunub. Bunlar jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur, azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə edən vəkil Saleh Kamrani, universitet müəllimləri Abdulla Abbasi Cavan və doktor Məhəmmədəli Heydəri, ictimai-siyasi fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Saleki Niya, Mirqasım Seyidinzadə, Behruz Səfəri və Leyla Heydəri olub.


«Media forum» saytının məlumatına görə, əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılan Səid Mətinpur 8 il müddətinə şərti həbsə məhkum edilib.


Digər 8 təqsirləndirilən də dövlət quruluşuna qarşı təbliğatda günahlandırılıb. Onların hər biri 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


XS
SM
MD
LG