Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:37

Moldovada İslam rəsmi status aldı


Moldova dövlət bayrağı
Moldova dövlət bayrağı

Artıq ölkədə ilk müsəlman təşkilatı da qeydiyyata alınıb

Moldovada İslam dinini rəsmiləşdiriblər. Bundan sonra bu ölkədə yaşayan müsəlmanlar birlikdə namaz qılmaq, məscid və digər dini binalar inşa etdirmək, öz etiqadları barədə açıqca, çəkinmədən bəyan edə biləcəklər.

İslam dini Moldova milli reyestrinə “ölkədə rəsmi şəkildə etiqad edilməsi mümkün olan din” kimi daxil edilib. Artıq Moldova Ədliyyə nazirliyi ölkədə ilk müsəlman təşkilatını – Moldova Respublikasının İslam Liqasının qeydiyyatdan keçirib. Aprelin 17-də Kişinyovda bu hadisəyə həsr olunmuş təntənəli mərasim də baş tutub.

Qeyd edək ki, Bu vaxta qədər İslam davamçıların istənilən kollektiv fəaliyyətinin qarşısı yerli hüquq-mühafizə orqanları tərəfindən alınırdı. Moldovada yaşayan müsəlmanlar dəfələrlə bu məsələni qaldırmış, hüquqi çatışmazlığı aradan qaldırmağı xahiş etmişdilər.
Moldovada əhalinin əksəriyyəti – 98 faizi pravoslav etiqadlıdır.
XS
SM
MD
LG